Məzahir Pənahovdan seçki açıqlaması: "Artıq 32 şikayət daxil olub"

img

22-01-2020 [11:35]


Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) 32 müraciət daxil olub.

Bbunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, ötən ilin dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı da şikayətlərin sayı əvvəlki seçkilərdəkindən müqayisəolunmaz dərəcədə azalıb:

“Hesab edirəm ki, Milli Məclisə seçkilərlə əlaqədar da bunun şahidi olacağıq. İndiyə qədər müqayisə olunmayan bir nəticə əldə olunub. Yəni bütün tərəflərdən MSK-ya 32 müraciət daxil olub. Bu da aparılan tədbirlərin nəticəsində əldə edilib”.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR