İqbal Məmmədovun SSRİ gerbi altında çıxış etməsi gündəm oldu - FOTO

img

22-01-2020 [00:43]


78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd olan İqbal Məmmədovun təbliğat-təşviqat apararkən Azərbaycan SSR-inin gerbi olan xitabət kürsüsündən çıxış etməsi sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub.

İzləyicilər irad tuturlar ki, neçə illər həmin rayonun millət vəkili olmuş şəxs niyə indiyə kimi SSRİ dönəmindən qalan kürsünün dəişdirilməsinə maraq göstərməyib?

İqbal Məmmədov son çağırış parlamentin Lerikdən seçilən deputatı olub. Ötən ilin sonlarında ona məxsus olan “Relax” istirahət mərkəzində baş verən davaya görə, onun oğlu həbs edilib. Həmin vaxt obyekti yoxlamağa gedən vergi əməkdaşları deputatın yaxın qohumları tərəfindən döyülmüşdü. Adı bu və başqa qalmaqallarda hallanan bu cür reputasiyalı adamın yenidən Lerikdən deputat seçilmə şansları o qədər də inadırıcı görünmür/Azinforum.az.

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq