"Azercell" “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu
21-01-2020 [20:46]
Ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC, “Kaspersky” şirkətinin dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi təlim keçirilib.
Şirkətdən Mia.az-a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə video-konfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan müəllimlər qoşularaq, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə yaxından tanış olublar. Təlimdə 70 ümumi təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib.
Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edən Azercell şirkəti, 2018-2019-cu illər ərzində ölkəminiz müxtəlif bölgələrini əhatə edərək, təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər təşkil edib. Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarrifləndirilib. Azercell-in təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu təlimlərdə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi mövzulardan bəhs edilib. Müəllim və valideynlər isə, öz növbələrində, qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar ilə tanış olublar.
Xatırladaq ki, Azercell internetdən təhlükəsiz istifadə istiqamətində fəaliyyətini, həmçinin innovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslər ilə də davam edir. Belə ki, ötən il Azercell dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə "Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Valideyn nəzarətinə tam zəmanət verən “Azercell Kids” uşaqları yaş filtrasiyası olan populyar rəqəmsal məzmun ilə təmin edib.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub