"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu bəlli olub

img

21-01-2020 [20:00]


Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın yeni klubu bəlli olub.

Məlumata görə, 31 yaşlı yarımmüdafiəçi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) "Baniyas" klubuna keçib. "Qarabağ"dan ayrılan Braziliya əsilli oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR