Cavid Qurbanovun seçki planı: QSC sədrinin budəfəki seçkidə iki kadrı meydandadır
21-01-2020 [18:57]
“Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov bu dəfə özü Kəlbəcərdən seçkiyə getməsə də, onun hazırkı parlament seçkilərində iki namizədi var.
Mia.az xəbər verir ki, Cavid Qurbanov bu dəfə usta davranış sərgiləyərək, parlamentdə iki deputatla təmsil olunmaq planını işə salıb: "Budəfəki parlament seçkilərinə qatılmayan Cavid Qurbanov maraqlı siyasi taktikaya əl atıb. O, özü getməsə də, iki yaxın kadrını seçki yarışına daxil edib.
Onlardan biri “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovadırsa, digəri Kəlbəcərin icra başçısı Aqil Məmmədovdur.
Düzdür, 123 saylı Kəlbəcər seçki dairəsindən namizəd Aqil Məmmədovun seçilmək şansı daha çoxdur. Çünki Cavid Qurbanov ötən seçkidə təmsil etdiyi dairədən yaxın qohumu Aqil Məmmədovun mandat qazanması üçün bütün güc və imkanlarını səfərbər edib.
Vəsilə xanıma gəldikdə isə, o, 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Maraqlı budur ki, YAP-ın bu dairədən irəli sürdüyü Nurlan Həsənov da təsadüfi namizəd deyil. O, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsində məsləhətçi işləyir. Yəni Cavid Qurbanovun bu dairədən arzusunu rahatlıqla həyata keçirməsi Kəlbəcərdəki qədər asan olmayacaq.
Üstəlik, bu dairədən İqtisad Universitetinin kfedra müdiri Zabit Aslanovu, "Unibank"ın baş hüquqşünası Ərtoğrul Hüseynli və daha bir neçə yerli namizədləri də gözardı etmək mümkün deyil.
Sözsüz ki, seçki təbliğatına yeni start verilib. O üzdən hələlk Şəmkirdəki vəziyyəti, daha doğrusu, hansı namizədin daha şanslı olmasını dəqiq qiymətləndirmək mümkün deyil. Hər halda, yaxın 10 günə kimi, bu dairədə də sular durulacaq".
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb