"HEÇ KİMƏ 100 FAİZLİK MANDAT SÖZÜ VERİLMƏYİB..." - Seçki təhlili
21-01-2020 [14:27]
9 fevral növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinin beşinci günüdür. Deputatlığa namizədlərin bir hissəsi hələ də prosesi müşahidə etməklə məşğul olsa da, aktiv təbliğat kampaniyası aparanlar da az deyil.
Düzdür, onların da hamısının bunu keyfiyyətli həyata keçirdiyini, seçiciləri məhz ona səs verməyə inandırmaq üçün bütün resurslardan həvəslə istifadə etdiyini söyləmək olmaz. Bunun ən müxtəlif səbəbləri ilə yanaşı seçkiyə qatılanlar arasında prosesin ədalətli olacağına inanmayanların, buna görə aktivlik göstərməyin mənasız olduğunu düşünənlərin çoxluğunu xüsusi qeyd etmək olar.
Maraqlıdir ki, aktiv seçki kampaniyası həyata keçirənlər arasında hakimiyyətin dəstəklədiyi rəsmi və qeyri-rəsmi namzədlər üstünlük təşkil edir. Əvvəlki seçkilərdə əhali ilə görüşlərə ehtiyac duymayan, “siz səs versəniz də, verməsniz də mən seçiləcəyəm” deyənlər, indi qapı-qapı gəzib insanların dəstəyini qazanmağa çalışırlar. Hətta əlverişsiz hava şəraitinə, vaxtın az olmasına baxmayaraq, hər küçədə, hər kənddə olmağa, hər bir seçici ilə görüşməyə, mətbuat vasitəsilə öz düşüncələrini cəmiyyətə çatdırmağa çalışırlar. Bu da təsadüfi deyil.
Məsələ ondadır ki, bu seçkidə hakimiyyətin əksər dairələrdə tamamilə fərqli siyasət həyata keçirdiyi müşahidə edilir. Ümumiyyətlə, bu seçkini əvvəlkilərdən ciddi şəkildə fərqləndirən cəhətləri var.
Məsələn, bəlkə də ilk dəfə idi ki, namizədlərin qeydə alınması mərhələsi problemsiz həyata keçdi. İddialıların mütləq əksəriyyəti, hətta bir çox hallarda imzatoplama prosesini qüsurlu həyata keçirənlər belə qeydə alındılar. Bir-iki istisna ilə (Məsələn, 45 saylı Abşeron dairəsində jurnalist Zahir Əzəmətin qeydiyyatından imtina-müəll.) cəmiyyətdə az-çox tanınmış iddialıların hamısının namizədliyi qeydə alındı. Bu, Azərbaycanda parlament seçkiləri üçün tamamilə yenilik idi.
Əvvəlki seçkilərdə “arzuolunmaz” namizədlərin bir çoxu məhz imzatoplama mərhələsində sıradan çıxarılırdı ki, sonradan seçkilərlə bağlı beynəlxalq müşahidəçilərin, xüsusən də ATƏT-in müşahidə missiyasının yekun bəyanatlarında bu məsələ xüsusilə qabardılır və seçkinin ədalətliliyinə kölgə salan ciddi qanunsuzluq kimi qeyd olunurdu. Bu dəfə iqtidar fərqli davrandı.
Bu seçkiləri əvvəlkilərdən fərqləndirən ən əhəmiyyətli yeniliklərdən biri, demək olar ki, polisin seçki prosesinə açıq qanunsuz müdaxilələr etməməsidir. İndiyədək polisin namizədlərə təzyiq etdiyinə dair ciddi faktlar qeydə alınmayıb.
Digər bir fərqlilik – bu seçkilər real iddiaçılar sarıdan bolluğu ilə diqqəti çəkir. Əvvəlki seçkilərdə bir qayda olaraq iqtidar-müxalifət çəkişməsi qeydə alınardı. Lakin bu seçkilərdə, xüsusən də Milli Şuranın boykot qərarı verməsindən sonra, seçki rəqabəti əsasən iqtidarı dəstəkləyən namizədlər arasında gedir.
Əksər dairələrdə 3-4 real namizəd var ki, onların da, demək olar hamısı hakimiyyətə isti və ya loyal münasibəti ilə seçilən insanlardır. Yəni faktiki olaraq mandat mübarizəsi hakimiyyətin öz adamları və təəssübkeşləri arasında gedir. Təsadüfi deyil ki, hakimiyyətin əsas namizədlərinə qarşı duranlar - bankirlər, iş adamları, menecerlər, böyük holdinqlərin rəhbər heyətdən olan əməkdaşları, keçmiş məmurlar, piar mütəxəssisləri, hakimiyyətyönlü jurnalistlər və digər təbəqələrdən olan insanlardır.
Xüsusən də sonuncu amil iqtidara şans verir ki, parlament seçkilərini nisbətən demokratik, ədalətli keçirsin. Hansı ki, bu hazırda Azərbaycanın beynəlxalq imici və iqtidarın islahat niyyətinin inandırıcı olması baxımından hava-su kimi lazımdır.
Ermənistanda normal, beynəlxalq müşahidəçilər tərəfindən qəbul olunan parlament seçkilərindən sonra ortaya çıxan bu zərurət və aparılan müşahidələr, indiyəqədərki mərhələdə əldə olunan məlumatlar belə bir ümid yaradır ki, iqtidar, Azərbaycanın beynəlxalq nüfuzuna, həmçinin ölkədə elan olunan islahatlar kursuna zərbə vurmaq bahasına, hansı-yolla olursa-olsun, kimlərisə deputat seçmək niyyətində deyil. Bəli, hər dairədə konkret namizədlər dəstəklənir və bu da təbiidir. Lakin həmin namizədlərin xeyrinə, əvvəlki seçkilərdə olduğu kimi, total saxtakarlığın edilməsinə yol verilməyəcək. Hər halda buna böyük ümidlər var.
Elə iqtidar tərəfindən dəstəklənən namizədlərin təşviqat kampaniyasındakı fəallığı da bununla bağlıdır. Heç kimə 100 faizlik mandat sözü verilməyib. Əksinə, onlara xəbərdarlıq edilib ki, real və təsirli seçki kampaniyası aparsınlar.
Qısası, iqtidar fərqindədir ki, kiməsə mandat vermək üçün seçkinin açıq şəkildə saxtalaşdırılması həm ölkədə həyata keçirilən islahatlar siyasətinə kölgə sala, həm seçkini boykot edən radikal müxalifəti haqlı göstərə, həm də Azərbaycana qarşı beynəlxalq təzyiqlərin artmasına gətirib çıxara bilər. Bunların heç biri isə indiki məqamda hakimiyyətə lazım deyil.
Bu na görə də, inamla söyləmək olar ki, hakimiyyətin kimi dəstəkləməsindən asılı olmayaraq, real və inandırıcı seçki kampaniyası aparan, seçiciləri inandıraraq məntəqələrə gətirə bilən, effektiv müşahidə və nəzarət sistemi qurmaqla, açıq saxtakarlığa imkan verməyən və nəticədə qalib gəldiyini sübut edən namizədlər mandatı rəsmiləşdirə biləcəklər. Hər halda dairələrin, ən azı yarısında bunu etmək mümkün olacaq...
Xatırladaq ki, Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin hakimiyyətin namizədlərinə belə bir xəbərdarlıq etdiyi haqda da məlumat var. “AzPolitika.info”-ya mötəbər mənbədən daxil olan məlumatda bildirilirdi ki, Nağdəliyev ölkədə həyata keçirilən islahatlara kölgə salacaq hallara yol verilməyəcəyi, ona görə də seçicilərlə aktiv işləməyin vacıbliyi barədə namizədlərə xəbərdarlıq edib.
Bütün bunlar ondan xəbər verir ki, 9 fevralda bir çox sürprizlərin şahidi ola - hakimiyyətin məşhur namizədlərinin bəzilərinin mandatsız qaldığını, onların rəqiblərinin isə gözlənilmədən mandat aldığını görə bilərik.
Elman İsmayıllı
“AzPolitika.info”
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb
Brazilyada dünyanı heyrətə salan hadisə: ölən əmisini banka gətirib adına kredit götürməyə çalışan qadın tutulub - FOTO
Sumqayıtda dəhşətli hadisə: oğul ata və anasını öldürüb
İSRAİL İRANI YENİDƏN VURUB: niyə İsfahan hədəf alınıb? - Açıqlamalar
Almaniyada şok olay: Rusiyaya casusluq ittihamı ilə iki nəfər həbs olunub - Kanslerdən açıqlama
"Beşiktaş" holland məşqçi ilə anlaşdı - İddia
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO