Dustaq həbsxanadan maraqlı üsulla qaçıb

img

21-01-2020 [13:47]


Rusiyanın Krasnoyarsk diyarında yerləşən 42 saylı islahedici müəssisədə saxlanılan dustaq qaçıb.

"RİA Novosti” xəbər verir ki, nəzarətin olmamasından istifadə edən dustaq yatağına mulyaj qoyaraq qaçmağı bacarıb. 

Lakin adı açıqlanmayan dustaq niyyətini tam həyata keçirə bilməyib. O, müəssisədən qaçsa da, elə həmin gün İlanskaya stansiyasında saxlanılıb. Onun barəsində yeni cinayət işi açılıb.

Qeyd edək ki, dustağın hansı cinayətə görə həbs olunduğu haqqında məlumat verilməyib. Onun islah müəssisəsindən nə vaxt qaçdığı da bəlli deyil/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA