PARLAMENT SEÇKİSİ: hansı partiya neçə namizədlə yarışır? - Detallar

img

21-01-2020 [10:49]


Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı təbliğat və təşviqat kampaniyasına start verilib. 

Ötən seçkilərdən fərqli olaraq bu dəfə prosesə maraq böyükdür. Təbii ki, bunun kökündə ölkədə başlayan islahatlar kampaniyası dayanır. Həm namizədlərdə, həm seçicilərdə artıq ənənəvi seçki texnologiyasına son qoyulacağına ümid yaranıb. 

Elə bu səbəbdəndir ki, fevralın 9-da keçiriləcək seçkilərdə namizədlərin sayı son iki seçkidən əhəmiyyətli dərəcədə çoxdur. Məlumat üçün deyək ki, 2010-cu ildə keçirilən parlament seçkilərində 736, 2015-ci il seçkisində 1246 namizəd iştirak edib. Fevralın 9-da keçiriləcək seçkilərə gəlincə, namizədlərin sayı 1623-ə yüksəlib.

Bu dəfəki seçkilərdə siyasi partiyalar da aktiv iştirak edir.

Yenisabah.az-ın apardığı araşdırma zamanı aydın olub ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 123 namizədlə prosesə qatılıb. 

YAP-dan sonra ən çox namizədlə seçkilərdə iştirak edən Müsavat Partiyasıdır. Bu partiyanın 60 namizədi qeydə alınıb. 

Müsavatdan sonra “Real Cümhuriyyətçilər” bloku gəlir. Respublikaçı Alternativ Partiyası (REAL) və bitərəflərin birləşdiyi blok seçkilərdə 31 namizədlər iştirak edir. 

Digər partiyaların namizəd sayına görə sonrakı sıralaması belədir:

Ümid” Partiyası - 21 namizəd

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – 17 namizəd 

Azərbaycan Demokrat Partiyası – 10 namizəd

Vətəndaş Həmrəyliyi Partiyası – 9 namizəd 

Azərbaycan Milli İstiqlal Partiyası – 9 namizəd.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR