Putinlə Ərdoğan Berlində görüşəcək

img

19-01-2020 [15:51]


Bu gün Rusiya prezidenti Vladimir Putin (19 yanvar - Red) Berlində keçiriləcək Liviya konfransından öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bu barədə “TASS” məlumat yayıb.

“Belə bir görüş planlaşdırılır”, deyə Rusiya dövlət başçısının mətbuat xidmətindən agentliyə bildirilib.

Xatırladaq ki, bu gün Almaniyanın təşəbbüsü ilə keçiriləcək Berlin konfransı Liviyadakı siyasi böhranı dayandırmağı, Liviyanın ərazi bütövlüyünü əsas götürən sülh müqaviləsi üçün danışıqların başladılmasını hədəfləyir.

Tədbirə münaqişədə olan iki tərəfdən başqa, ABŞ, Rusiya, Türkiyə, Fransa, Çin, Avropa İttifaqı, BMT və s. ölkə və təşkilatların rəhbər və nümayəndələri dəvət ediliblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR