"Keçmişdə ilişib qalmaq istəmirik..." - Namizəd Zaur Məmmədovun Cəbrayıl və Qubadlı seçiciləri ilə möhtəşəm görüşü oldu - FOTOLAR
19-01-2020 [13:54]
Növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Zaur Əhməd oğlu Məmmədovun (Zaur Əhməd) Sumqayıt şəhərində məskunlaşmış Cəbrayıl və Qubadlı köçkünləri ilə görüşü olub.
Mia.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan namizədin vəkili, Əməkdar jurnalist Rəhman Orxan 30 il əvvəl - 1990-cı ilin 20 yanvarında Sovet ordusunun təpədən dırnağadək silahlanmış qoşunları, həmçinin Krasnodar ermənilərindən ibarət "rezervistlər" tərəfindən Bakıda dəhşətli qırğınlar törədildiyini, 128 günahsız həmvətənimizin qətlə yetirildiyini yada salıb və onun təklifi ilə 20 Yanvar faciəsi qurbanlarının və bütün Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra o, Zaur Əhmədin istedadlı, yüksək intellektə malik bir jurnalist kimi müstəqil Azərbaycanın milli mətbuatının inkişafındakı xidmətlərindən, onun yüksək vətənpərvərliyindən, əsl vətəndaşlıq mövqeyindən, dövlətə və dövlətçiliyə sədaqətindən, buna görə də cəmiyyətdəki bütün neqativ hallara, o cümlədən yeri səhv düşmüş yüksək vəzifəli şəxslərə, azğınlaşmış, xalqın taleyinə, arzu və istəklərinə biganə olan məmurlara qarşı kəskin mübarizəsindən, daim sadə, haqqı tapdanan adamların yanında, onlarla bir cərgədə olmasından, eyni cərgədə addımlamasından danışmış, onun Cəbrayıl və Qubadlıdan olan seçicilərini Milli Məclisdə layiqincə təmsil edəcəyinə əminlik bildirib.
Daha sonra namizədin səyyar seçki qərargahının sədri Elçin Abdullayev çıxış edib.
O, Cəbrayıl polkunda, Zaurun atası şəhid Əhməd Məmmədovla eyni istiqamətlərdə döyüşdüyünü, cəbrayıllıları yaxşı tanıdığını bildirib: “Biz Zaur Əhmədlə bağlı ona görə müsbət fikirlər demirik ki, onun dostuyuq, yaxınıyıq, ətrafındayıq. Biz öz marağımız naminə demirik ki, bizim namizədə səs verin. Deyirik ki, düzgün, obyektiv seçim edin, yanılmayın. Seçiminizi düzgün etmək, yanılmamaq üçün isə ən gözəl vasitə "Google" axtarış proqramıdır. Ora daxil olmaqla 18 namizədin hər birinin adını yazaraq, onların fəaliyyəti ilə tanış olun, sonra qərarınızı verin. Əminik ki, belə etsəniz, bu gün görüşünə gəldiyiniz Zaur Əhməd oğlu Məmmədovun necə də layiqli bir namizəd olduğunu müəyyənləşdirmək imkanı əldə edəcəksiniz".

Cəbrayıl rayonundan olan tanınmış həkim-yazıçı Hümbət Quliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə parlamentini buraxması gözlənilməz bir hadisə kimi hamının yaddaşındadır. Buna səbəb isə son zamanlarda Milli Məclisin bir çox üzvlərinin fəaliyyətlərinin qaneedici olmaması, onların bəzilərinin xalq arasında hörmət və nüfuzdan düşməsi, deputat adını layiqincə doğrulda bilməməsi olub: “Ancaq bir cəbrayıllı, həm də oxucu kimi çox yaxşı bilirəm ki, Zaur Əhməd yeni düşüncəli, mübariz ruhlu, prinsipial, lakin daim obyektivliyi, düzgünlüyü əsas tutan bir namizəddir. Və ona da qəti əminəm ki, o, mətbuatda çatışmazlıqlara, neqativ hallara qarşı necə inadkarlıqla vuruşursa, Qarabağ qələbəsi uğrunda deputat kimi həm parlamentdə, həm də lazım gəldikdə bilavasitə döyüş meydanında da atası kimi igidliklə döyüşəcəkdir. Əgər Qarabağla və xalqımızın rifahı ilə bağlı arzu-istəklərimizin reallaşmasını istəyiriksə, onda Zaur Məmmədova və onun kimi mərd və mübariz, qətiyyətli, həm də müasir, çevik düçüncəli gənclərə səs verməliyik”.
Daha sonra tədbir iştirakçıları Famil Fərhadoğlu, Vüsal Hətəmov, Asif Əsgərov, Ramin Əlizadə, Vüsal İbrahimli, Nadir Məmmədov, Vüqar Sarıyev, Asəf Əsədov, Əfqan Məmmədalıoğlu və digərləri çıxış dərək, Cəbrayıl və Qubadlını ən yaxşı təmsil edəcək namizədin Zaur Məmmədov olduğunu bir daha diqqətə çatdıraraq, ona seçki marafonunda uğurlar arzulayıblar.

Tədbirdə çıxış edən deputatlığa namizəd Zaur Məmmədov öncə onun dəvətini qəbul edərək, məclisə gələn seçicilərə təşəkkürünü bildirib.
O, qeyd edib ki, bu günə qədər jurnalist kimi Cəbrayıl və Qubadlı, eləcə də işğal olunmuş digər rayon sakinlərinin problemləri ilə daim yaxından maraqlanıb və onların həlli üçün çalışıb və mətbuatda işıqlandırıb: “Lakin artıq sizi Milli Məclisdə təmsil etməyin zamanı yetişib. Bu günə qədər sizin adınızdan millət vəkilliyi edənlərlə qane olmadığınızı bilirəm. Amma biz keçmişlə mübarizə aparmırıq, keçmişdə ilişib qalmaq istəmirik, gələcəyə baxırıq. Sizdən əsas bir istəyim var ki, seçkidə fəallıqla iştirak edəsiniz. Seçki məntəqələrinə gəlin ki, orda sizin əvəzinizdən heç kim saxta qərar verməsin, öz taleyinizi özünüz həll edin. Elə namizədə səs verin ki, o, Milli Məclisdə həqiqətən sizin gur səsiniz, əsl təmsilçiniz olsun”.
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub