HANSI MƏMURUN NEÇƏ NAMİZƏDİ VAR, yaxud KİMLƏR GERİ ÇƏKİLDİ? - 125 dairə üzrə "döyüşən" şanslı namizədlər + SİYAHI

img

09-02-2020 [09:17]


Fevralın 9-da Azərbaycanda parlament seçkilərinə start veriləcək.

Elə o üzdən dairələr üzrə rəqiblərin kimliyi, onların hansının daha şanslı olması cəmiyyətdə böyük müzakirəyə səbəb olub.

Bu və ya digər məqamları nəzərə alaraq, Mia.az dairələr üzrə şanslı namizədlərlə bağlı araşdırma aparıb.

Mia.az mövzuya keçməzdən əvvəl xatırladır ki, səsvermə saat 8.00-da başlayacaq, axşam 19.00-da bitəcək.

Səsvermə prosesini 80 minə yaxın yerli və xarici müşahidəçilər izləyəcək.

Eyni zamanda, səsvermə günü 3 təşkilat exit-poll keçirəcək.

Yeri gəlmişkən, MSK-nın fevralın 8-də açıqladığı son məlumata əsasən, 1314 namizəd seçkidə iştirak edir.

 MSK sədr Məzahir Pənahov fevralın 8-də keçirdiyi mətbuat konfransında onu da deyib ki, 9 fevral seçkisinə ən çox namizədlə YAP qatılıb: "YAP 122, Müsavat Partiyası 23, Ümid Partiyası 19, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından 13, Vahid Azərbaycan Partiyası 12 nəfərin namizədliyini irəli sürüb".

Maraqlı budur ki, MSK sədrinin bu açıqlaması Müsavat Partiyası tərəfindən təkzib olunub. Partiya sədri Arif Hacılı bildirib ki, Müsavatın bu seçkdəki namizədlərinin sayı 23 deyil, 60 nəfərdir.

Yeri gəlmişkən, hakim Yeni Azərbaycan Partiyası yalnız iki dairədən - Naxçıvan Muxtar Respublikasında 3 saylı seçki dairəsindən və Xankəndi seçki dairəsindən namizəd irəli sürməyib.

Hələlik bəlli olan odur ki, seçki yarışından 300-dən namizəd geri çəkilib. İki nəfərin namizədliyi isə ikili vətəndaşlıqları olduqları üçün ləğv edilib.

Namizədliyini geri çəkənlər arasında deputat Hacı Salayevin, Yurddaş Partiyasının sədri Mais Səfərlinin, tanınmış jurnalist Yelena Sidorenkonun (Eyvazlı), keçmiş MTN generalı Əlmusa Əliyevin qızı Əsmər Əliyevanın, 66 saylı dairədən müsavatçı Eldar Soltanlının (partiyadaşı Yusif Mehtinin xeyrinə geri çəkilib), 69-dan partiyadaşı Əlipənah Rzalının xeyrinə geri çəkilən digər müsavatçının adlarını çəkə bilərik.

Bu yerdə onu da qeyd edək ki, bu seçkidə nazir Kəmaləddin Heydərovun yaxın olan 12-15, Şeyxə yaxın 10, Cavid Qurbanova yaxın olan 3, Saleh Məmmədova yaxın 1, Azad Rəhimova yaxın 1  namizədin deputat seçilmək imkanı var.

Onların bəziləri haqda aşağıdakı təhlildə söz açılıb. 

Beləliklə, Mia.az dairələr üzrə şanslı namizədlər və onların əsas rəqibləri ilə bağlı qısa təhlilini təqdim edir:

1 saylı Şərur-Sədərək seçki dairəsinin sözsüz ki, fovariti Ali Məclsin sədri Vasif Talıbovdur. Onun cəmi iki rəqibi var. Ancaq şübhə yox ki, istər BQP-li, istərsə də həkim rəqibi ona problem yaradacaq gücdə deyillər...

2 saylı Şərur seçki dairəsindən isə YAP-ın namizədi AMEA-nın vitse-prezidenti, eyni zamanda, Naxçıvan Gömrük Komitəsinin sədrinin atası İsa Həbibbəylidir. Akademikin təqaüdçü və orta məktəb müəllimi olan hər iki rəqibinin ona kiçik də olsa problem yaratmayacağı dəqiqdir.

3 Saylı Babək-Gəngərli –Naxçıvan seçi dairəsi: YAP-ın namizəd irəli sürmədiyi bu dairədən hamı yaxşı bilir ki,  deputat “həmkarlar”ın sədri Səttar Mehbalıyev olacaq. Onun hər iki rəqibi – Babak rayonunun Didivar kənd orta məktəbinin direktoru Hüseynqulu Bədəlovla həmrayonlusu, Gəngərli rayon Melorasiya və Su Təsərrüfatı idarəsinin rəisi Nəriman Quliyev formal namizədlərdir.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən hakim partiyanın namizədi olan deputat Eldar İbrahimovun da Naxçıvandakı digər dairələr kimi, cəmi 2 rəqibi var. O, Fazil Mustafanın lideri olduğu partiyanın (BQP) işsiz namizədi ilə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyindəki birlikdə ekspert olan rəqibi ilə “döyüşəcək”. Əlbəttə, əıgər buna “döyüş” demək olarsa...

5 saylı Şahbuz-Babək seçki dairəsində isə digər dairələrdən fərqli olaraq, hakim partiyanın namizədi, deputat Siyavuş Novruzovun 3 rəqibi var. Maraqlıdır ki, Novruzovun rəqiblərindən biri öz təşəbbüsü ilə seçkiyəq qatılmış YAP üzvü, Naxçıvan AMEA-nın kişik elmi işçisi Qədir Məmmədovdur. Digər iki rəqibi isə Kardioloji Mərkəzin Baş həkimi Ramin Acıyevlə orta məktəbdə rus dili müəlliməsi Mehriban Həsnovadır.

6 saylı Culfa-Babək seçki dairəsindən isə hakim partiyanın namizədi deputat Həmzəyeva Ülviyyə Tapdıq qızıdır. Onun 4 rəqibinin də görüntü xatirinə seçkiyə qatılması ilk baxışdan anlaşılır.

7 saylı Ordubad-Culfa seçki dairəsindən isə həm YAP-ın, həm də MR rəhbərliyinin namizədi MR Gənclər Fondunun icraçı direktoru Quliyev Cəbi Hüseyn oğludur. Onun iki rəqibi məktəb direktoru, digəri isə Odlar Yurdu Universitetinin saat hesabı işləyən müəllimdir. Odur ki, Cəbi Quliyevi qarşıda parlamentdə deputatlarıln arasında görəcəyimizə şübhə edilmir.

8 saylı Binəqədi birinci seçki dairəsində YAP Binəqədi rayon təşkilatında adi təlimatçı işləyən Əliyarlı Kübra Məhəmməd qızının namizədliyini irəli sürməklə, bu dairədən əslində, tamam fərqli şəxsi deputat görmək istədiyini sərgiləyib. Bəzi ekspetlər düşünür ki, YAP bu addımı daha çox QHT Şurasının sədri, elə ötən seçkidə bu dairədən deputat seçilmiş və seçildikdən sonra  seçiciləri ilə səx işləyən Azay Quliyevə görə atıb. Lakin unutmayaq ki, bu dairədən Azay Quliyevdən əvvəl deputat olmuş müsavatçı Arzu Səmədbəyli də mübarizəyə qoşulub. Elə o üzdən də, bu dairə üzrə əsas mübarizənin bu ikili arasında keçəcəyi güman edilir. Amma ekspertlər 2022-ci ilədək ATƏT PA-nın vitse-prezidenti olan Azay Quliyevin seçicilər arasındakı müsbət imicinə və beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətini görə hakimiyyətin seçim qarşısında qalmadığını və bu dairəni Milli Məclisdə növbəti 5 ildə də onun təmsil edəcəyini əminliklə bildirirlər.

9 saylı Binəqədi ikinci seçki dairəsindən YAP deputat Qafarov Kamaləddin Nəsrəddin oğlunun yenə də namizədliyini irəli sürüb. Lakin bu dairənin ölkənin siyasi düşərgəsinin ən ciddi izlədiyi və qızğın mübarizənin gedəcəyini dairələrdən biri olacağı şübhə doğrmur. Yəni bu dairədə YAP-ın namizədinin inzibati resurslar səfərbər olmadan qələbə qazanması mümkünsüzdür. 

Xatırladaq ki, burada YAP-ın deputatı ilə baş-başa mübarizə aparacaq və onu şəffaf seçkidə rahatlıqla məğlub edəcək Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, Müsavat Divanının üzvü Nemət Kərimli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AMİP katibi Əli Orucov, ictimai sferada aktiv fəaliyyəti ilə seçilən QHT rəhbəri Günel Səfərova, AMEA əməkdaşı Əpoş Vəliyev kimi iddalı və mübariz şəxslər də öz namizədliklərini irəli sürüblər.

Birmənalı şəkildə demək olar ki, bu namizədlərin hər biri ölkənin "xərçəng şişi" ayaması ilə tanınan K.Qafarov üçün çətin rəqiblərdir...

10 saylı Binəqədi üçüncü seçki dairəsi: bu dairə əsasən 72 yaşlı deputat Madər Musayevin həmişə "rahat seçildiyi" ərazi kimi daha çox tanınır. 

Namizədlərin budəfəki siyahısında diqqət etdikdə, iqtidarın Madər Musayevin seçilməsi üçün yenə də "yaşıl işıq yandırdığı" aydın görünür. Belə ki, hakim partiya bu dairə üzrə zəif namizəd irəli sürməklə, açıq şəkidə sanki Madər Musayevə ilk dəstəyini vermiş olub.

Qeyd edək ki, bu dairədən YAP-ın namizədi rayon təşkilatının Gənclər birliyinin sədri, eyni zamanda, Xocəsən bələdiyyəsinin üzvü Anar Əliyevdir. Lakin bu dairədən yenə də dahi şairimiz Məmməd Arazın qardaşı oğlu Qorxmaz İbrahimlinin, Milli Azadlıq Hərəkəatının fəallarından Bünyamin Qəımbərlinin, Müsavat partiyasının aparat rəhbəri Gülağa Aslanlının, jurnalist İltifat Soltanovun (Hacıxanoğlu), hətta Müsair Müsavat partiyasının emosional lideri Hafiz Hacıyevin müavini Könül İsmayılovanın da meydanda olması, Madər Musayev üçün seçkinin növbəti dəfə çox çətin keçəcəyi deməkdir. Hətta indidən bəzi namizədlər seçkinin saxtalaşdırılacağı təqdirdə məsələni Avropa Məhkəməsinə daşıyacaqlarının anonsunu verməsi də bu qənaəti gücləndirir...

Digər yandan, artıq 30 ildir bu dairədən eyni şəxsin (Madər Musayev) deputat olması da, binəqədililərin gözünü doydurub. Böyük çoxluq artıq "qan dəyişikliyi" istəyir. Başqa sözlə desək, sakinlər yeni sima arzusundadır...

11 saylı Qaradağ seçki dairəsindən YAP deputat Aydın Hüseynovun namizədliyini irəli sürüb. O dairədə ona müqaviət göstərəcək yeganə namizədin müsavatçı Səxavət Soltanın olacağını indidən söyləmək olar. Lakin uzun illər bu rayonun icra başçısı olmaq istəyən deputatın yenidən seçilməsi üçün rayon rəhbərliyinin var gücü ilə çalışacağını nəzərə alsaq, o zaman Səxavət Soltanlının şansının minimum olduğunu deyə bilərik.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən YAP Lökbatan bələdiyyəsinin sədr müavini Xasiyeva Səbinə Səməd qızının namizədliyini irəli sürsə də, siyasi düşərgədə bu dairədən iqtidarın planının başqa olduğu haqda qüvvətli iddialar var. İddialara görə, iqtidar seçkiyə siyasi rəng vermək üçün bu dairədən ”Real” partiyasının funksioneri Natiq Cəfərliyə “yaşıl işıq” yandıracaq.

Açıq etiraf etmək gərəkdir ki, şaxələnmiş bu dairədən inzibati dəstək olmadan Natiq Cəfərlinin qələbəsi mümkün olmayacaq. Ona ən ciddi problem yaradacaq iddialılar arasında isə Kərim Kərimli, Niyaməddin Orduxanlı kimi siyası və sosial rıçaqlara sahib namizədlər də var...

13 saylı Xəzər - Pirallahı seçki dairəsindən YAP yenə də deputat Əliyev Rauf Asif oğlunun namizədliyini irəli sürüb. Onun rəqiblərinin siyahısını və İcra Hakimiyyətinin inzibati resurslarını göz önünə gətirdikdə, Rauf Əliyevin yenidən mandat sahibi olacağı mübahisə doğurmur...  

14 saylı Xəzər seçki dairəsi Azərbaycan seçiciləri üçün daha çox yadda qalandır. Çünki bu dairənin Azərbaycan Respiblkasının Birinci Vitse-Prezidenti Mehriban Əliyeva olub. Odur ki, budəfəki seçkidə həmin dairədən Mehriban xanımı kimin əvəzləyəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, bu dairədən YAP mərkəzi qərargahında işləyən Əhmədova Şəfəq Firudin qızının namizədliyini irəli sürüb. Lakin bu dairədən Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Məmmədov Soltan Teymur oğlunun namizədliyi YAP-çı namizədin qələbəsini sıfıra endirir. Çünki Mehriban Əliyevanın nüfuzu onun rəhbərliyi altında çalışan Soltan Məmmədov üçün qələbəni indidən təmin edir. Digər namizədlərin isə seçkidə çox az sayda səs alacağına şübhə edilmir.

15 saylı Yasamal birinci seçki dairəsi: hə, şübhəsiz ki, bu dairədə də çox maraqlı proseslərə şahidlik edəcəyik. Çoxluğa görə, buradan YAP-ın toplumda o qədər də tanınmayan Tibbi Universitetinin dosenti Rauf Nəriman oğlu Nağıyevin namizədliyini irəli sürməsi, iqtidarın bu dairədən də tamam başqa bir şəxsi parlamentdə görmək istədiyi ilə bağlıdır. Düzdür, bəziləri iddia edir ki, iqtidar buradan yenə də biznesmen-deputat, karateçi Ülvi Quliyevi MM-də görmək istəyir. Lakin həmin dairə üzrə Müsavat başqanı Arif Hacılının, ADP sədri Sərdar Cəlaloğlunun, AMİP funksioneri, əslən yasamallı Elşən Mustafayev, Elçibəyn qardaşı oğlu Hürrü Əliyev, "Əsa" teatrının təsisçisi Nihad Quluzadənin seçkiyə qatılması da, bu dairədə mübarizənin gərgin keçəcəyini göstərir. Ehtimal olunan qalibə gəldikdə isə, bu dairədən Arif Hacılının da, Elşən Mustafayevin də, Nihad Quluzadənin də deputat seçilmək imkanları kifayət qədər çoxdur. İstisna deyil ki, hakimiyyət seçkiyə xüsusi çalar vermək üçün Arif Hacılıya mane olmaya da bilər.

16 saylı Yasamal ikinci seçki dairəsi üzrə YAP Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, siyasi düşrəgədə iqtidarın əslində, bu dairədən də “Real” partiyasının namizədi  Erkin Qədirlini parlamentdə görmək istədiyi haqda söz-söhbətlər durmadan yayılır.

Bu dairədə ən çox diqqət çəkən məqamlardan biri də odur ki, YAP-ın burada rəsmi namizədi olsa da, digər YAP-çılar da siyasi mənsubiyyətlərini gizlədərək, seçkiyə qatılıblar. Belələrindən biri də "RX SƏRDAROĞULLARI HOLDİNG" MMC-nin meneceri adı ilə seçkiyə qatılmış YAP Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovdur. Onun həm də nazir Kəmaləddin Heydərovun atası Fəttah Heydərovla çox yaxın olduğu haqda saytlarda yazılar var... 

Onu da qeyd edək ki, bu dairədən Müsavatın namizədi BDU-nun professoru Almaz Məmmədovadır. Siyasi ekspertlərin fikirincə, strukturlaşmış partiyanın üzvü olan Almaz Məmmədova normal seçki mühitində asanlıqla Erkin Qədirlini məğlub edə bilər. Elə bu faktor, eyni zamanda, parlamentdə müxtəlif partiyalardan ibarət deputatların çoxluğuna can atma  amilini diqqətə alsaq, o zaman xanım professoru da parlamentdə görmək mümkün ola bilər....

17 saylı Yasamal üçüncü seçki dairəsindən YAP-ın namizədi Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri Allahverdiyev Elnur Marat oğludur. Onun seçkidəki ən ciddi rəqibi isə VİP sədri Əli Əliyev, Real-dan istefa verən Azər Qssımlı və vəkil Cavd Cavadov olacaq.

18 saylı Nərimanov-Nizami seçki dairəsindən YAP “Minera” şirkətlər qrupunun sahibi Rzayev Xudaqulu Əhəd oğlunun namizədliyini verib.  Həmin dairədən isə deputat Rasim Musabəyovla Elçibəyin keçmiş köməkçisi Oqtay Qasımov da namizəddir. Əgər parlamentin buraxılmasına qarşı çıxan və bunu açıq formada mətbuatda qabardan Rasim Musabəyovun “kritik anlar”dakı etirazlarını göz önünə gətirsək, o zaman bu dəfə ona şans tanınmaya da bilər. Hər halda, bu dairə üzrə nəticəni bəribaşdan proqnozlaşdırmaq hələlik asan görünmür...

19 saylı Nərimanov birinci seçki dairəsindən YAP “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, deputat Məmmədov Hikmət Baba oğlunun namizədliyini irəli sürüb. Şübhəsiz ki, burada hakim partiyanın ən ciddi rəqibi Müsavatın  sabiq başqanı İsa Qəmbərdir. Əgər siyasi şərait dəyişərsə, o zaman iqtidar İsa Qəmbərin qələbəsinə bu dəfə "yaşıl işıq" yandıra bilər.

20 saylı Nərimanov ikinci seçki dairəsindən YAP BDU-nun Tələbə-Həmkarlar Komitəsinin sədri Allahyarlı Nihad Vüqar oğlunun namizədliyini verib. Lakin bu dairədən 2005-ci ildən deputat olan  Adil Əliyev faktoru var. Və sözsüz ki, YAP məhz ona görə bu dairədən zəif namizədlə seçkiyə qatılıb. Adil Əliyevin bu dairədəki rəqibləri arasında, bir vəkil, bir jurnalist və işsiz də var. Yəni digər rəqiblərinin də parlamentə gedən yolda ona  maneə törədə biləcəkləri ağlabatan deyil...

21 saylı Nəsimi birinci seçki dairəsindən isə YAP-ın namizədi rayon təşkilatının sədri, deputat İbrahimqızı Məlahət İbrahim qızıdır. Onun bu dairədəki əsas rəqibi VAP lideri Tural Abbaslının olacağı proqnozlaşdırılır. Ancaq sözsüz ki, hakim resurslar Məlahət xanımın qələbəsi üçün tam səfərbər ediləcək.

22 saylı Nəsimi ikinci seçki dairəsindən YAP Dillər Universitetinin rektorunun müşaviri Hüseynov Sərraf Balaxan oğlunun namizədliyini irəli sürsə də, buradan DİP sədri, deputat Asim Mollzadə faktoru qabarıq görünür. Düzdür, burada İsa Qəmbərin oğlu Turqut Qəmbərin, Tibbi universitetinin professoru Vüqar Məmmədovun, AMİP funksioneri Rəşad Bayramovun da iqtidarın namizədinə ciddi rəqiblər olduğu şəksizdir. Lakin seçki öz axarı ilə getsə, buradan Asim Mollazadənin adının qutudan çıxacağını deyə bilərik.

23 saylı Nəsimi-Səbail seçki dairəsindən YAP “Bakı Tikiş Ev”nin sədr müavini Rəhimov Elnur Fidail oğlunun namizədliyini irəi sürüb. Lakin buradan qocaman deputat Ziyad Səmədzadənin öz təşəbbüsü ilə yenidən iddiasını ortaya qoymaqla, dairədəki vəziyyəti bəribaşdan proqnozlaşdrımağı sual altına alıb.

Mümkündür ki, iqtidar budəfəki seçkidə yaşı 80-ni ötmüş Ziyad Səmədzadəyə dəstək verməsin. Və buradan "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin mandat almasına "yaşıl işıq" yandırılsın.

Söz yox ki, bu dairədən seçki təcrübəsi olan jurnalist Taleh Şahsuvarlı və Ata Abdullayev kimi “səs-küy” sala biləcək rəqiblər də var...  

24 saylı Nizami birinci seçki dairəsindən YAP "SOCAR PETROLEUM" QSC-nin Baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayevin namizədliyini verib.

Yada salaq ki, bu dairənin əvvəlki deputatı SOCAR prezidenti Rövnəq Abdullayev olub. 

İndi aydın olur ki, bu daiərəd çox incə bir nüans da var. O da "Eventoc" Tədbir Əməliyyat Komitəsinin Baş direktorunun müavini Könül Nurullayevadır. Bəzi məlumatlı şəxslər deyir ki, əslində, onun deputat seçilmə şansı YAP-ın namizədindən daha çoxdur..

Söz yox ki, bu dairədə BDU-nun professoru Nəsiman Yaqublu, tanınmış iqtisadçı ekspert Qulu İbrahimli kimi iddialı namizədləri də gözardı etmək olmaz. Amma burada da iqtidarın son andakı mövqeyi çox şeyi dəyişəcək. Güman ki, bu seçim Könül Nurullayevadan yana ola bilər... 

Hə, onu da qeyd edək ki, bu dairədən seçkiyə qatılmış Ədliyə Nazirliyinin Baş Tibb İdarəsinin şöbə müdiri Rafiq Xudayev də namizədliyini geri çəkib. 

25 saylı Nizami ikinci seçki dairəsindən YAP-ın namizədi yenə də deputat, eyni zamanda, rayon təşkilatının sədri Vəliyeva Sədaqət Süleyman qızıdır.

Şübhə yox ki, bu dəfə də bütün inzibati resurslar onun qələbəsinə köklənəcək. Lakin bu dairədə onun qələbəsinə mane olacaq, yaxud kölgə salacaq iki üzdə olan ictimai-siyasi fiqur var: vəkil İradə Cavadova və “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov. Bu iki rəqibinin S.Vəliyevaya istər təbliğat dövrü, istərsə də seçkinin nəticələrinin tam təsdiqləndiyi günə qədər ciddi sıxıntılar yaşadacağı qüvvətli ehtimal olaraq qalacaq.

26 saylı Sabunçu birinci seçki dairəsindən YAP lisey müəlliməsi Hacıyeva Afaq Şirzad qızını önə verib.

Sözsüz ki, bu, həmin dairədə iqtidarın tamamilə başqa şəxsi parlamentdə görmək istəyi ilə əlaqəlidir. Əksəriyyətin fkirincə, iqtidar bu dəfə də MM-də BQP sədri Fazil Mustafanı deputat görmək istəyir.

Onu da qeyd edək ki, bu dairədə AMİP-in sədri əvəzi Arzuxan Əizadə ilə ALDP sədri Fuad Əliyev, o cümlədən təbliğata fəal start vermiş sahibkar Sabir Məmmədov da mübarizə aparır. 

27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP Şeyx Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadənin oğlu, Sabunçu İH-də şöbə müdiri işləyən Salahzadə Əliabbas Qalib oğlunun namizədliyini irəli sürüb.

Onun Müsavat, VHP, ADP və MDHP-dən 4 siyasi rəqibi və bir də BDU-da kafedra müdiri olan Rüxsarə Səmədova kimi rəqibləri var. Lakin müşahidəçilərin fikirincə, rayonun inzibati resursları Salahzadənin qələbəsi üçün səfərbər olunacaq və qutudan onun adı çıxacaq...

28 saylı Sabunçu üçüncü seçki dairəsindən də YAP orta məktəbdə direktor müavini olan Cabbarova Xatirə Qılman qızının namizədliyini verib.

Sirr deyil ki, bu, bitərəf adı ilə seçkiyə növbəti dəfə qatılmış deputat, eyni zamanda, “Azərittifaq”ın rəhbəri Eldar Quliyevin yenidən qələbəsinə hesablanıb. Lakin burada Eldar Quliyevə ciddi problem yaradacaq namizədlər də var. Məsələn, elə Eldar Quliyevlə eyni qəsəbədən olan tanınmış jurnalist Aygün Muradxanlı (Süleymanlı), Ümid partiyasının sədri İqbal Ağazadənin müşaviri Mehriban Sadıqovanın, hüquqşünas Səməd Vəkilovun sonadək mübarizə aparacaqlarını unutmayaq. Onların bu seçkidə Eldar quliyevə ciddi başağrısı yaradacaqları şəksizdir...

29 saylı Səbail seçki dairəsindən isə hakim partiya YAP Gənclər Birliyinin koordinatoru  Hüseynova Aytən Arif qızını önə verib.

Lakin bu dairədə də YAP-ın namizədinin “kosmetik” xarakter daşıdığı aydın görünür. Əslində, çoxluq tərəfindən bu dairədə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin mətbuat katibi, tanınmış marketoloq Nigar Arpadarainin qələbə şansı daha çox dəyərləndirilir.

Lakin burada tanınmış ictimai fəal Bəxtiyar Hacıyevin, müsavatçı Fərəc Kərimov və VHP-li Ülvi Məmmədlinin də bu dairədən namizəd olmaları mübarizənin kifayət qədər maraqlı keçəcəyinə dəlalət edən faktorlardır.

30 saylı Suraxanı birinci seçki dairəsindən YAP bu dəfə də deputat Fətəliyeva Sevinc Həbib qızının namizədliyini sürüb. Şübhə yox ki, iqtidar bu dəfə də onun parlamentdə görünməsi üçün əlindən gələni edəcək. Onun ən ciddi rəqibləri isə İlyas Əfəndiyevin nəvəsi və İlyas Əfəndiyev Fondunun prezidenti Tural Temurçin oğlu Əfəndiyev, Ümid partiyasının sədr müavini İlahə Sadıqova və yazıçı Mirkazım Seyidov olacaqlar.

31 saylı Suraxanı ikinci seçki dairəsindən YAP-ın orta məktəb direktoru Ağcayev Nizaməddin Fərhad oğlu kimi cəmiyyətdə tanınmayan şəxsin namizədliyini irəli sürməsi, şübhəsiz ki, deputat, partiya sədri Fərəc Quliyevlə əlaqəlidir. Fərəc Quliyevin bu seçkidəki ən ciddi rəqibi isə ictimai sektorda böyük nüfuz sahibi olan təhsil üzrə ekspert Etibar Əliyevilə bloger Mehman Hüseynovun olacağına da şübhə yoxdur.

Onu da xatırladaq ki, M.Hüseynov fevralın 1-də Fərəc Quliyevin onun xeyrinə namaizədliyini geri götürmək üçün pul təkliof etməsini təsdiqləyən "Rüşvət video"su yayıb. Bu videodakı bəzi açıqlamalar iqtidarın Fərəc Quliyevdən yana mövqeyini dəyişdirə bilər... 

32 saylı Suraxanı üçüncü seçki dairəsindən YAP Suraxanı rayon icra başçısının müavini Həsənova Afət Əbil qızının namizədliyini irəliu sürüb.

Afət Həsənova Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş rəhbəri Hüseynqulu Bağırovun xalası qızıdır.

Rayonun icra başçısının müavini olması və rəqiblərinin yetərli resurslarının olmamasını nəzərə alsaq, o zaman xanım müavininin adının fevralın 9-da qaliblər siyahısında görəcəyik...   

33 saylı Xətai birinci seçki dairəsindən YAP bu dəfə də rayon təşkilatının sədri, deputat Mirələmov Hüseynbala Fazil oğlunun namizədliyini verib.

Qocaman deputatın qarısındakı ən böyük əngəl isə, sözsüz ki, Xətainin sabiq icra başçısı Zəlimxan Məmmədli olacaq. Söz yox ki, YAP-ın namizədinə Müsavat funksioneri Nüşabə Sadıxlı, D-18 Hərəkatının sədri Ruslan İzzətli, AĞ partiya funksioneri Əhəd Məmmədlinin də başağrısı yaradacaqları sirr deyil.

Böyük ehtimalla bu rəqibləri YAP-ın namizədinə ciddi sıxıntılar yaradacaqlar. Bu isə H.Mirələmovun “boğça”sının ağzını daha geniş açacağı, daha çox xərcə düşəcəyi anlamına gəlir. Düzdür, bəziləri iddia edir ki, iqtidar bu dairədə sürprizə imza ata, Zəlimxan Məmmədlinin qələbəsinə gürcüstanlıların parlamentdəki təmsilçisi kimi mane olmaya bilər. Hər halda bu da bir ehtimal olaraq, dövriyədə dolaşır...

34 saylı Xətai ikinci seçki dairəsindən isə YAP bu dəfə deputat, Rusiya icmasının lideri Zabelin Mixail Yuryeviçin namizədliyini irəli sürüb.

Sözsüz ki, iqtidar onu yenidən parlamentdə görmək üçün bütün tərəfdarlarını səfərbər edəcək. Zabelinin ən ciddi rəqibləri isə Qərb universitetinin professoru Vəsilə Hacıyeva və Samir Əsədli ola bilərlər..

35 saylı Xətai üçüncü seçki dairəsindən YAP-ın FHN rəsmisi Əliyev Turan Adil oğlunun namizədliyini önə verməsi isə, sözsüz ki, bu dairəyə maraqlı olmamasından qaynaqlanır.

Hakimiyyət və müxlifət təmsilçiləri birməanlı oaraq, iqtidarın bu dairədən “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun qələbə qazanması üçün əlindən gələni edəcəyini deyirlər. Lakin ortada “Ümid” partiyasının sədri, 2010-cu il seçkilərində elə bu dairədən deputat seçilmiş İqbal Ağazadə faktoru da var.

Odur ki, bəızi ekspertlər iqtidarın bu dairəni başlı-başına buraxacağını, bu iki namizəddən hansının daha çox səs üstünlüyünə sahib olacağına uyğun davranacağını, yəni şəffaf  formada qalib olanın qələbəsinə mane olmayacağını iddia edirlər. Onlar bu fikiri keçmiş dostların, yəni İqbal Ağazadə ilə Rauf Arifoğlunun qollarını çırmalayıb, seçkiyə daha istəkli və hərtərəfli girişmələri ilə daha da qüvvətləndirməyə çalışırlar.

Lakin unutmayaq, bu dairədə hərbi hissələr də var. Və buradan alınan səslər seçkinin taleyini rahat həll edəcək. Odur ki, iqtidarın bu seçkidə hansı namizədə ”stavka” etməsini daha çox hərbi hissələrdəki nəticədən aydın görmək mümkün olacaq.

Yeri gəlmişkən, bu dairədən əvvəlki seçkidə Araz Əlizadə deputat seçilmişdi. Lakin o, son anda səhhətini əsas gətirərək, bu dəfə namizədliyini verməkdən yayınıb...

36 saylı Xətai dördüncü seçki dairəsindən YAP-ın İqtisad Universitetinin idman müəllimi Rzayev Kənan Əfqan oğlunun namizədliyini verməsi, sözsüz ki, BAXCP sədri Qüdrət Həsənquliyevin qələbəsini rahat təmin etməyə hesablanıb. BAXCP sədrinin rəqiblərinin çoxunun “işsiz” və kiçik vəzifə sahibləri olduğunu nəzərə alsaq, onun budəfəki parlamentin tərkibində də adını görə biləcəyik.

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən YAP-ın bu dəfə də Gəncə Dövlət Universitetinin prorektoru, deputat, şəhərin sabiq icra başçısı Elmar Vəliyevin fəal müdafiəçisi və hazırda işlədiyi universitet tərəfindən 20-AA- 352 nömrə nişanli xidməti maşınla təmin edilmiş Kərimzadə Pərvin Orxan qızının namizədliyini irəli sürməsi birmənalı qarşılanmsa da,  onun qələbəsi üçün bütün gücünü indidən səfərbər edib.

Bu dəfə xanım deputata mane olacaq potensialda rəqibləri də var. Bunların arasından teatrşünas, Gəncə əhli arasında müsbət imiclə tanınan Anar Bürcəliyev, Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov və Azərbaycan Kommunsit Partiyasının lideri Rauf Qurbanovun da adını çəkmək olar...

38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən də YAP şəhərin sabiq icra başçısı Elmar Vəliyevin keçmiş köməkçisi və hazırkı deputat Həmzəyev Naqif Ələşrəf oğlunun namizədliyini irəli sürüb. Hazırda YAP Gəncə şəhr təşkilatının sədri olan Naqif Həmzəyevin qarşındakı ən böyük əngəl isə Jurnalist Qadınlar Assosiyasının lideri, tanınmış jurnalist Sevil Yusifovanın olduğunu söyləmək olar. Əgər Sevil Yusifova N.Həmzəyevin hələ YAP səralarına qoşulmamışdan əvvəlki siyasi fəaliyyətini qabardarsa, iqtidarın ona olan etmimadını da zədələyə bilər...

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən YAP-ın bu dəfə biznesmen deputat Xanlar Fətiyevin namizədliyini deyil, Gəncə şəhər Gənclər və idman idarəsinin rəisi Cəfərov Müşviq Cəfər oğlunun namizədliyini dəstəkləməsinin səbəbi isə şəhrin icra başçısı Niyazi Bayramovun arzusu ilə əlaqələndirir. Şübhə yox ki, onun adı qaliblər siyahısında çıxacaq...

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən YAP bu dəfə də deputat Musa Quliyevi dətəkləyib.

Deputatın rəqiblərini incələdikdə, aydın olur ki, budəfəki seçkidə də ona mane ola biləcək potensialllı rəqibi yoxdur. Odur ki, Musa Urudu indidən  parlamentdə görəcəyimizi əminliklə demək olar.

41 saylı Sumqayıt birinci seçki dairəsindən YAP komitə sədri Hüseynova Hicran Kamran qızının namizədliyini verib.

Ötən seçkidən fərqli olaraq, YAP bu dəfə eyni xoşagəlməz halı yaşamamaq üçün indidən bütün resurslarını xanım Hüseynovanın qələbəsinə fokuslayıb. Nədən ki, seçkidən sonra onun komitə sədrliyindən getməsi və bu seçkidə heç bir dairədən namizəd olmayan Milli Məclisin vitse-spikeri, partiya funksioneri Bahar Muradovanın komitə sədri təyin olunması planı var. Ona görə, rəqiblərinin bütün cəhdinə baxmayaraq, Hicran Hüseynovanın bu dəfə mandat qazanacağını indidən demək olar.

Onu da qeyd edək ki, bu dairədən Dövlət Gömrük Komitəsinin keçmiş sədri Tahir Əliyev də namizədliyini verib...

42 saylı Sumqayıt ikinci seçki dairəsindən YAP bu dəfə də deputat Mirkişili Tahir Famil oğlunu önə verib. Lakin bu dəfə ona ciddi sıxııntı yaradacaq rəqibləri də az deyil. Məsələn, şəhərdə ictimai fəal kimi tanınan Elçin Məmməd və tanınmış vəkil Fariuz Namazlı sonadək deputat Tahir Mirkişilinin başının üstündəki “qara buludlar” olacaqlar...  

43 saylı Sumqayıt üçüncü seçki dairəsində YAP bu dədə Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının İdarə Heyətinin üzvü Hacıyev Emin Məcid oğlunun namizədliyini irəli sürməklə, bu dairədən də tamamilə ayrı şəxsi parlamentdə görmək istəmələri ilə yozulur.

İddialara görə, iqtidar bu dairədən müsavatçı sabiq deputat İkram İsrafilin qələbəsinə mane olmayacaq. Ümumiyyətlə, bu dairə üzrə əsas mübarizənin YAP-çı Emin Hacıyev, müsavatçı İkram İsrafil və Sumayıtda fəaliyyət göstərən jurnalist Bəhruz Salmanov arasında gedəcəyi proqnozlaşdırıılır.

44 saylı Sumqayıt-Xızı seçki dairəsində YAP rəsmi olaraq Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Məmmədov Müşviq Fazil oğlunu dəstəkləsə də, aydın olur ki, bu dairədə partiyanın rəsmi qərarına indidən məhəl qoyulmayıb. Belə ki, bu dairədən öz təşəbbüsü ilə seçkiyə qatılan daha 6 YAP-çı da olub. Lakin onlar sonradan geri çəkdirlilib.

Bundan başqa, bu dairədən Ümid Partiyasının icra aparatının sədri Taleh Əliyev, "AZƏRBAYCAN DƏMİRYOLLARI" QSC hüquq şöbəsinin rəisi Əzimağa İbarimovla yanaşı, Yurddaş partiyasının sədri Mais Səfərli, “168 saat” qəzetinin baş redaktoru Vasif Yolçuyev və əslində, nazir Kəmaləddəin Heydərovun dəstəklədiyi və haqqında xeyli qalmaqallı xəbərlər dolaşan biznesmen deputat Hacı Salayev də iddialı namizədlıər kimi yarışda idilər. Lakin sonuncular və daha bir neçə nəfər birdən -birə geri çəkiliblər. Halbuki, bu geriçəkilməyə qədər bir çox siyasi ekspertlər düşünürdü ki, nazir K.Heydərov ən sadiq adamı kimi Hacı Salayevin bu dəfə də parlamentə düşməsi və onun oradakı təmsilçilərindən biri olması üçün bütün gücü ilə çalışacaq. Buraya biznesmen deputatın  maddi kapitalını da əlavə edərək, onun qələbəsini qabardırdılar. Lakin gözlənilənlər olmadı. Belə ki,  deputat Hacı Salayev yanvarın 23-də seçki yarışından çəkildiyni bəyan edib. O seçkidən çəkilməsində jurnalistləri günahlandırıb. Deyib ki, o qədər haqqında tənqidi yazılar yazılır ki, bu da onun yenidən deputat olmaq həvəsindən salıb: "İki dəfə deputat oldum, bəsimdir".

Maraqlı budur ki, Hacı Salayevdən sonra partiya sədri, sabiq deputat Mais Səfərəli, Varis Yolçuyev də və digər bir neçə namizəd də geri çəkildiyini açıqlayıb.

Beləliklə, iki şanslı şəxsin  namizədliyini geri çəkməsindən sonra dairədə maraqlı situsiya yaranıb. İrəliləyən günlərdə bu dairədən iqtidarın kimə "işıq yandırması"nın konturlarını müəyyən etmək olacaq. Bəzi ekspertlər bu dairədən də Cavid Qurbanovun kadrının parlamentə mandat qazanması üçün hər şey edildiyini iddia edirlər. Lakin hələlik bu dedi-qodudan o yana keçməyib.

45 saylı Abşeron seçki dairəsindən YAP-ın namizədi spiker Oqtay Əsədovdur.

Spikerin seçkidə ciddi rəqibinin olmaması sanki əvvəldən planlanıb. Təsəvvvür edi ki, onun 17 rəqibləri arasında partiya qərarına tabe olmayan  və öz təşəbbüsü ilə namizədliyini verən "ZZ PROCUREMENT" QSC-nin sədri Əli Nəbiyev, AMEA-nıngnc elmi işçisi Elnur Kəlbizadə, müsavatçı Zahir Feyzullayevlə yanaşı, əsasən içşsizlər və kiçik sahibkarlardan savayı, cəmiyyətdə kifayət qədər tanınan yalnız bir şəxs var: o da jurnalist Ceyhun Musaoğlu (Musayev). Bu isə cəmiyyətdəki bəlli rəyi qüvvətləndirir: spikerə yenidən parlamentin binasında əyləşmək nəsib olacaq...

46 saylı Şirvan seçki dairəsindən YAP Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Azər Quliyevin namizədliyini irli sürüb.

Lakin bu dairədən mərhum nazir Yavər Camalovun DTX əməkdaşı olan övladı Rəşad Camalovla ləğv edilmiş MTN-nin kadrlar idarəsinin keçmiş rəisi, general Əlmusa Əliyevin qıızı Əsmər Əliyeva YAP-ın namizədinə ciddi problemlər yarada bilərdilər. 

Yada salaq ki, Rəşad Camalovun əmisi Mərdan Camalov (hazırda Zərdabın icra başçısıdır) uzun illər Şirvanda icra başçısı olub, o zaman YAP-ın rəsmi namizədinin kölgədə qalacağına şübhə edilmirdi. MTN generalının qızı isə pul boğçasının ağzını açaraq, çox güclü təbliğat aparırdı. Lakin Əsmər Əliyeva ani qərarla namizədliyyini geri çəkdi. O, bunun səbəbini açıqlamadı. Çox maraqlıdır ki, Rəşad Camalovun haqqında isə MSK qərar verdi. Belə ki, sabiq nazirin oğlunun ikili vətəndaşlığı olması səbəbindən, MSK fevralın 5-də onun namizədliyini rəsmən ləğv elədi..

İnid bu dairədə YAP-ın namizədinin seçilmə şansı çoxalıb. Ona ən ciddi probemi isə Müsavatın namizədi Əlikram Xurşidovla ADP-çı Kamil İsayev yarada bilər...  

47 saylı Mingəçevir seçki dairəsindən YAP bu dəfə də deputat, eyni zamanda, partiyanın şöbə müdiri Aydın Mirzəzadənin namizədliyini önə verib.

Lakin rəqiblərinin siyahısında xeyli jurnalist – Məhəmməd Ərsoy (Zamanov), Səbuhi Abbasov (7 nyus.az), Fariz Quliyev (“Araz media” qəzeti, o cümlədən ƏƏSMN-in şöbə müdirinin müavini Rəşad Eyyubovun və başqalarının da olması, YAP-çı deputata ən azı seçkiyə xüsusi çalar vermək üçün sürpriz yaşada bilər.

48 saylı Yevlax seçki dairəsindən YAP bu dəfə də Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin kadrı olan həkim deputat İlham Məmmədovu qabağa verib.

Bu dəfə bu dairədən İlham Məmmədovun da sürpriz yaşaması mümkündür. Onun rəqibləri arasında Turizm universitetinin kafedra müdiri Arzu Hüseynlə jurnalist Süleyman İsmayılbəyli deputata gərgin anlar yaşçada bilərlər 

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən YAP deputat Əli Hüseynlinin qələbəsi üçün var gücünü təbii ki, səfərbər edəcək. Deputatın rəqibləri arasında “AQROLİZİNQ” ASC-nin Yevlax regional nümayəndəliyinin direktoru Sədaqət Ağayevin, QHT rəhbəri Nailə İsmayılovanın, xüsusilə PR menecer Nəsimi Paşayevin olması, bu dairədə seçkiyə xüsusi çalar qatacağı şəksizdir..

50 saylı Abşeron – Qobustan seçki dairəsindən isə YAP bu dəfə Qobustan İcra Hakimiyyətinin şöbə müdiri Elman Mikayılovun namizədliyini verib.

Yada salaq ki, ötən seçkidə bu dairədən xalq artisti Zeynəb Xanlarova deputat seçilmişdi. Bu dəfə 82 yaşlı xalq artistinin namizəd olmaması bu dairədə çoxunu həvəsləndirib. 

Odur ki, bu dairədən YAP-ın namizədindən tutmuş, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Bİrliyinin sədri Mehdi Mehdiyev, o cümlədən seçkiyə qatılmış xeyli iş adamlarından birinin dı deputat olma şansı yüksəkdir.

51 saylı Qusar seçki dairəsindən YAP bu dəfə də nazir Kəmaləddin Heydərovun seçkidəki daha bir kadrı hesab olunan deputat Azər Badamovun namizədliyini irəli sürüb. Onun bu dairədə xalq arasında nüfuzu yetərli olmasa da, həm inzibati resursları, həm də rəqiblərinin seçki prosesi boyunca müxətlif yollarla zərərsizləşdiriləcəyini nəzərə alsaq, o zaman yenidən mandat sahibi olacağını proqnozlaşdırmaq mümkündür.

52 saylı Quba seçki dairəsindən YAP ADPU-nun Quba fililalındın direktor müavini Şeydayeva Aysel Balasultan qızının namizədliyini önə sürməsi, əlbəttə, kosmetik xarakter daşıyır. Çünki bütün ölkə bilir ki, iqtidar bu dairədən yenə əvvəlki deputat, əslən qubalı olan Vahid Əhmədov u mandat qazanmasına mane olmaq istəmir. Onun rəqibləri arasında sahibkar Əliabbas Məhərərmov və digər bir neçə iddialı namizədlər var...

53 saylı Quba-Qusar seçki dairəsindən isə YAP mərhum Yevda Abramovdan boşalan deputat yerinə kənd məktəb direktoru Habil Bayramlının namizədliyini verib.

Çox maraqlıdır ki, bu dairədən tanınmış namizəd yoxdur. Əksinə, YAP-ın namizədinin 16 rəqibindən 8-i işsiz, biri tələbədir. Yerdə qalan 7 rəqibindən biri vəkil köməkçisi, digərləri müəllim və həkimlərdir.

Ancaq bu dairədən diqqəti cəlb edən yalnız bir nəfər var ki, onun Yevda Abramovu parlamentdə əvəzləyəcəyi ehtimalı çox yüksəkdir. Bu, “Sağlam  ailə”də beynəlxalq əlaqələr üzrə ekspet, Rafailov Anatoly Xaimoviçdir. O, Azərbaycanda yaşayan dağ yəhudilərini parlament seçkilərində təmsil edəcək.

54 saylı Şabran-Siyəzən seçki dairəsindən YAP bu dəfə deputat Tahir Süleymanovdan imtina edərək, Azərbaycan Neft və Qaz Sənayeçiləri Həmkarlar ittifaqının sədr müavini Sadiq Qurbanovun namizədliyini verib.

Tahir Süleymanov isə, bu dəfə ümumiyyətlə, seçkiyə qatılmayıb.Əvəzində isə ötən seçkidə ona ağır və gərgin anlar yaşatmış müğənni Elza Seyidcahan yenə də şəffaf seçkidə bu dairənin fovariti sayılır. Burada YAP-ın, yaxud iqtidarın düşündüyü namizədə ən ciddi sıxıntını da elə Elza ilə ATV-nin əməkdaşı İlkin Xəlilovun yaşadacağını proqnozlaşdırmaq çətin deyil...

55 saylı Xaçmaz şəhər seçki dairəsindən YAP bu dəfə də deputat Səlimov Eldəniz Adil oğlunun namizədliyinə “hə” deyib. Onun bu dairədəki 7 rəqibindən yalnız müsavatçı Söhrab Əmrahov, QHT sədri Nizami Şəfiyev və Azər Həsrət qismən də olsa, seçkinin axarına təsir etmək imkanlarına sahibdirlər. Lakin bu dairədən Səlimovun yenidən mandat sahibi olması üçün yerli rersurslar öz işini görəcək.

56 saylı Xaçmaz kənd seçki dairəsindən YAP-ın bu dəfə hazırda AMEA-nın prezidenti oan Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin namizədliyini dəstəkləməməsi, əvəzində bu dairədən rayon rayon Musiqi məktəbinin direktoru Kənan Mərdanovun rəsmi namizədliyini verməsi nə qədər maraqla qarşılansa da, bu dairədən kimin deputat seçiləcəyi də bir o qədər maraqlı gözlənilir. Açıq demək lazımdır ki, bu dairədən YAP-ın namizədinin şansı “Trend” agentliyinin baş direktorunun müavini Sevil Mikayılova, yaxud hərbi ekspert, polkovnik Şair Ramaldanovla belə müqayisəolunmazdır. Çox böyük ehtimalla bu dairəni parlamentdə elə sonuncu adları çəkilən iki namizddən biri təmsil edəcək.

57 saylı Kürdəmir seçki dairəsindən YAP bu dəfə sabiq deputat Fərhad Qəribovun qardaşı oğlu, rayon bələdiyyəsinin sədri Qəribov Nizami İsməli oğlunun namizədliyini dəstəkləyib.

Maraqlıdır ki, bu dairədən elə Fərhad Qəribovun oğlu Rəşad Qəribov da iddiasını ortaya qoyub. Lakin buradan Baş prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşı Əminə Ağazadənin, Səhiyyə Nazirliyinin aparatının əməkdaşı Təranə Feyzullayevin və Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimovanın namizəd olmaları qəribovların şansını azaldır. Əksər ekspertlərin fikirincə, burada qalibi seçkinin gedişi müəyyən edəcək....

58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən isə YAP Hacıqabul rayon Gənclər vəı İdman İdarəsinin rəisi Saleh Ələskərovun namizədliyini irəli sürüb. Lakin siyasi düşrgədə hamı yaxşı bilir ki, əslində, nə YAP, nə də rayonun icra başçısı olan sabiq deputat Rüstəm Xəlilov idarə rəisini deyil, yenə də bu dairənin keçmiş deputatı, VHP-çi Rəfael Hüseynovun mandat sahibi ollması üçün səfərbər olunublar.

Digər diqqətçəkən məqam budur ki, deputatın bu dairədə 6 rəqibi arasında bir müxalifətçi belə yoxdur...

59 saylı Salyan seçki dairəsindən isə YAP yol idarəsinin işçisi Hacıyev Rəşad Əzizağa oğlunun namizədliyini versə də, bu dairədən Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşı Jalə Əhmədovanın şansı daha yüksək dəyərləndirilir. Bu dairədən Salyanın sabiq deputatı, general Əliağa Hüseynovun seçkiyəq atılmaması da digər namizədlər üçün əlverişli mühit yaradıb.

60 saylı Salyan-Neftçala seçki dairəsindən YAP Salyan rayon Uşaq Gıənclər Mərkəzinin direktoru Etibar Axundovun namizədliyini versə də, sözsüz ki, bu dairədə onun realda dəstəklənməsi baş verməyəcək. Çünki bu dairədə YAP-ın siyasi məsələlərdə strateji müttəfiqi rolunu oynayan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu dairədən namizədliyini irəli sürüb. Və sözsüz ki, yerli resurslar da Fəzail Ağamalının qələbəsi üçün səfərbər olunacaq.

Onu da qeyd edək ki, bu dairədə ciddi nüfuz sahibi olan müxalif namizədlərin olmaması da, deputatın növbəti dəfə parlamentdə problemsiz təmsil olunacağına zəmanət verir  

61 saylı Neftçala seçki dairəsindən YAP rayon icra başçısının müavini Gültəkin Sadıqovanın namizədliyini versə də, böyük ehtimalla bu dairədən şans VHP sədri, xalq şairi Sabir Rüstəmxanlıya tanınacaq. Əksəriyyətin fikirincə, burada Sabir bəyin ən ciddi rəqibi də təhsil üzrə ekspert Kamran Əsədov olacaq.

Onu da qeyd edək ki, bu dairədən YAP-ın əvvəlki deputatı Arif Rəhimzadə olub. 

62 saylı Saatlı seçki dairəsindən isə YAP AMEA-nın Folklor İnstitunun aparıcı elmi işçisi Əziz Əlkəbərlinin namizədliyini verib. Onun bu dairədəki rəqibləri arasında Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov kimi rəqibləri var ki, burada səsləri bölə bilərlər.

Maraqlı məqamlardan biri də budur ki, bu dairədə güclü təbliğat aparan həkim və idmançı Oktay Mehdiyev hansısa səbəbdən bir neçə gün əvvəl namizədliyini geri götürüb.

63 saylı Sabirabad birinci seçki dairəsindən isə YAP-ın namizədi gənc və perspektivli namizəd Korrrupsiyaya qarşı Mübarizə Komissiyasının katibi Cəfərov Kamal Xaqani oğludur.  Onun bu dairədəki ən ciddi rəqibi isə əslən sabirabadlı sabiq Baş nazir Pənah Hüseynin müavini (AXP-də) Qiyas Sadıqov olacaq.

64 saylı Sabirabad ikinci seçki dairəsindən YAP Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini  Məmmədov Ramin Ələmşah oğlunun namizədliyini irıəli sürüb.

Bu dairədən ötən seçkidə deputat seçilmiş Rüstəm Xəlilovun Hacıqabula icra başçısı göndərilməsi də Fuad Muradovun müavini üçün əlavə şans yaradıb.  

Ona bu seçkidə əsas problem yaradacaq rəqiblərindən biri "İMPROTEX İNDUSTRİES" MMC-nin Baş direktorunun birinci müavini Ziya Hacılı ola bilər.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən YAP bu dəfə də akademik deputat Əhliman Əmiraslonovla seçkiyə gedib. Düzdür, akademik ölkədə və dünyada öa sahəsi üzrə tanınmış mütəxəssisdir. Və bu, onun parlamentdə təmsilçilik haqqı verir. Lakin bu 3 rayonu əhaət edən seçicilər ötən illərdə Əhliman Əmiraslanovla təmas qura bilməmələrini, ondan zərrə qədər dəstək görməmələrindən çox narazıdırlar. Buna rəğmən, yerli qurumların inzibati resusrsları ilə akademikin yenidən mandate alacağına şübhə olunmur…

66 saylı Biləsuvar seçki dairəsindən YAP rayonun Heydər Əliyev Mərkəzinin direktoru Şahbazova Səyalə Əhmədağa qızının namizədliyini verib. Lakin Xanhüseyn Kazımlının yenidən namizəd olmamasını da nəzərə alsaq, o zaman böyük ehtimalla iqtidar burada tamamilə başqa namizədin üzərində “işləyəcək”.

Onu da qeyd edək ki, bu dairədən Müsavatın iki rəsmi namizədi olub. Maraqlı budur ki, bir neçə gün əvvəl müsavatçı Eldar Soltanlı partiyadaşı Yusif Mehdinin xeyrinə geri çəkilib.

67 saylı Cəlilabad şəhər seçki dairəsindən YAP yenə də Əmlak Komitəsinin sabiq sədri, hazırda PA-da şöbə müdiri olan Kərəm Həsənovun qardaşı, deputat Malik Həsənovun namizədliyini verib. Onun bu seçkidə bəlli səbəblərə görə, daha arxayın formada mübarizə aparaq, parlamentə düşmə şansı daha çoxdur.

68 saylı Cəlilabad kənd seçki dairəsindən YAP yenə də deputat Elman Nəsirovu dəstəkləyib. Onun azsaylı rəqibləri arasında iki mətbuat əhli var ki, böyük ehtimalla seçkinin gedişinə uyğun Nəsirovun “taktikası” dəyişə bilər.  

69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən YAP Cəlilabad Peşə mərkəzinin direktoru Etibar Sadıqovun namizədliyini, şübhəsiz ki, formal olaraq irəli sürüb.

Çünki bu dairədən yenə də VHP-nin siyasi kimliyi ilə deputat Fəzail İbrahimli seçkiyə qatılıb. Söz yox ki, seçicilər arasında nüfuzu belə olmayan F.İbrahimlinin buradan inzibati dəstək olmadan yetərli səs alması qeyri-mümkündür  Maraqlı hallardan biri də odur ki, Müsavat partiyası bu dairədən də iki namizəd irəli sürüb. Lakin sonradan o, partiyadaşı Əlipənah Rzalının xeyrinə geri çəkilib. Bu faktor da Fəzail İbrahimli üçün çətin sınaq yaradacaq.

70 saylı Masallı şəhər seçki dairəsi də maraqlı seçki mübarizəsinin gedəcəyi dairələrdən biri olacaq. YAP buradan məşhur mebelçi biznesmen Məmmədov Məşhur Şahbaz oğlunun namizədliyini irəli sürsə də, böyük ehtimalla əslində, ona deyil, Milli Məclisin aparat işçisi Mirnizam Vahabova dəstək veriləcək.

Maraqlı hal budur ki, bu dairəni ötən seçkidə təmsil edən “Ştutqart” firmasının və bir çox biznes şəbəkəsəinin sahibi deputat Nəriman Əliyev bu dəfə geri çəkilib. Lakin ona bağlı oan “Ştutqart”dan Alay Bəıhramv ad-soyadlı namizdə meydana atılıb…

71 saylı Masallı kənd seçki dairəsindən bu dəfə deputat Elmira Axundovanın kənarda qalması YAP-ın BDU-un kafedra müdiri Anar İsgəndərovun namizədlyini dəstəkləməsinə səbəb verib. Böyük ehtimalla ötən seçkidə Elmira Axundova üçün çalışan adminstrativ resurslar bu dəfə də Anar müəllim üçün səfərbər olunacaq.

72 saylı Yardımlı-Masallı seçki dairəsindən  YAP kənd orta məktəbinin direktoru Əliyev Sərvər Məlikməmməd oğlunun namizədliyini verməklə, əslində, bitərəf adı ilə seçkiyəq atılan Musa Qasımlıya “yaşıl işıq” yandırıb. Bu “işığın parıltsı” o qədər çoxdur ki, hətta bir ara dogma rayonundan seçkiyə qatılacağını elan edən nüfuzlu xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı belə, sonradan dairəsini dəyişməyə məcbur oldu.

Musa Qasımlıya burada ən ciddi problemi isə QHT sədri, jurnalist və “Putin İlham”ın yaxın dostu Xanoğlan Əhmədov yarada bilər. O da əgər seçkiyə ciddi iradə ortaya qoyarsa…  

73 saylı Lənkəran şəhər seçki dairəsindən YAP Lənkəran Təhsil Şöbəsindən Bağırov Güloğlan Baloğlan oğlunun namizədliyini, sözsüz ki, formal xarakter daşıyan protokol xatirinə irəli sürüb.

Əlbəttə, iqtidarın buradakı namizədinin birtərəf kimi seçkiyə qatılmış deputat Rüfət Quliyevin olduğunu rahat demək olar.

Lakin bu dairədən tanınmış müsavatçı, yerli əhali arasında kifayət qədər nüfuzu oan Yadigar Sadıqlının da meydanda olması Rüfət Quliyevə sürpriz yaşada bilər.

Maraqlı məqamlardan biri də budur ki, buradan tanınmış jurnalist Yelena Eyvazlı da namizəd idi. Lakin o, yanvarın 26-da gözlənilmədən seçki yarışından geri çəkilib. Namizədliyini geri götürən jurnalist detallara varmadan deyib ki, o, buna məcbur qalıb...

74 saylı Lənkəran kənd seçki dairəsindən lənkəranlıların belə xoş qar.şılamadıqları deputat Hadı Rəcəbli yenidən YAP-ın siyahısı ilə seçkiyəq qatılıb. Lənkərandakı böyük biznesi ilə bəzi açıqlamalarının yaratdığı qıcıqları nəzərə alsaq, şəffaf seçkidə ona çox səs veriləcəyi güman olunmur.

Ən əsası, onun rəqibləri arasında illərdə “Xəzər Lənkəran” Futbol klubunun vitse-prezidenti, milyonçu Mübariz Mənsimovun dostu Rəvan Bəşirovun da seçkiyə qatılması, Hadı Rəcəbli üçün ciddi sürprizlər vəd edir. 

Xatırladaq ki, R.Bəşirov 12 dekabr 1984-cu ildə Lənkəran rayonunda anadan olub. O 2002-ci ildə Bakı Özəl Türk Liseyin,2006-cı ildə APYDİA-nın bakalavr pilləsini,2008-ci ildə Bakı Dövlət Universitetinin magstr pilləsini bitirib. 2008-2009-cu illərdə Xəzər Lənkəran Futbol klubunun vitse-prezidenti,GM Baku Center,La Brosse kimi şirkətlərdə direktor vəzifəsində fəaliyət göstərib. Hal hazırda Premium Service-də General Direktor işləyir və məhşur İtalyan Parfüm brendi 'Lankaran Forest'-in Azərbaycandakı rəsmi distrubyutorudur. Sevimli hobbilərindən biri '042' Lənkəran seriyasını dünyaca məhşur brende çevirməkdir Yəni sonuncu hobbisindən də göründüyü kimi, o, biznesini böyütməyə aludə olan Hadı Rəcəblidən fərqli olaraq, Lənkərana daha çox bağlıdır. Onun xüsusən də lənkəranlı gənclər arasında olan nüfuzu, qeyd etdiyimiz kimi, YAP-ın namizədinə ağır anlar yaşada bilər.

Yeri gəlmişkən, Hadı Rəcəbli ilə Rəvan Bəçirov arasında keçirilən sorğuda da YAP-ın namizədi kəskin fərqlə geri də qalıb. Məsələnin başqa maraqlı tərəfi də odur ki, sorğuya internet üzərində qatılan Mübariz Mənsimov Hadı Rəcəbliyə “Ayıbdır, yaşlı adamsan, get, bir az dincəl”, - deyə açıq mesaj verib. Deputat isə ona sərrast cavab verməkdən çəkinirək, namizədliyini öz təşəbbüsü ilə deyil YAP-ın verdiyini xatırladaraq, sanki hədəf kimi hakim partiyanı ittiham edib...

Son olaraq, qeyd edək ki, Lənkəranın icra başçısı Taleh Qaraşov qollarını çırmalayıb, inzibati gücü səfərbər etməsə, Hadı Rəcəblinin buradan şəffaf seçkidə qalib gəlməsi mümkün görünmür.

75 saylı Lənkəran-Masallı seçki dairəsindən YAP bu dəfə də Şeyxin dogma qardaşı Paşazadə Cavanşir Hümmət oğlunun namizədliyini dəstəkləyib. Cavanşçir Paşazadənin məhz Şeyxə görə seçkidən qalib çıxacağına şübhə yoxdur. Ona müəyyən qədər problem yaradacaq isə vəkil Rövşən Qasımov ola bilər. 

76 saylı Lənkəran-Astara seçki dairəsindən isə YAP-ın da dəstəklədiyi vistse-spiker Ziyafət Əsgərovu yenidən mandate sahibi olacağı şəksizdir. Yerli dairələr hələ namizədlik mərhələsində bununçün vacib olan bütün addımları atıblar...

77 saylı Astara seçki dairəsindən YAP bu dəfə də deputat, məşhur həkim Mahmudov Rəşad Məmmədqulu oğlunun namizədliyini irəli sürüb. Onun rəqiblərinə asanlıqla qalib gələcəyi proqnozlaşdırılır.

78 saylı Lerik seçki dairəsindən YAP-ın qalmaqallı deputat, ötən il oğlu və yaxın qohumlarının “Relax”da vergi və polisə hücum etməsi ilə daha da "məşhurlaşmış" İqbal Məmmədovun namizədliyini növbəti dəfə irəli sürməsinin cəmiyyətdə böyük qıcıq yaratması sir deyil.

Yəqin ki, iqtidar mənsubları da belə narazılıq yaranmasının fərqindədir. Məhz bu faktordan yola çıxan və bunu fürsətə çevriə bilən istənilən rəqibi onu asanlıqla “taxt”dan sala bilər.

Unutmayaq ki, bu dairədən ehtiyatda olan polkovnik  Hikmət Ağayev, gənc fəal Fərid Şahbazlı, ATV-nin əməkdaşı Bəxtiyar Fətullayev və daha bir neçə tanınmış namizədlər də var. Ki, onların da hər biri deputat İqbal Məmmədovun kabusu ola bilərlər.

79 saylı İmişli seçki dairəsindən YAP Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayonu üzrə nümayəndəliyinin Baş məsləhətçisi Nazm Əzimovun namizədliyini irəli sürməklə, burada keçmiş biznesmen deputat Əsabil Qasıımovdan boşalan posta tamamilə başqa bir namizədin qələbəsinə çalışdıqlarını sübut etmiş olub.

Siyasi ekspertlərin fikirincə, iqtidar buradan bitərəf adı ilə seçkyə qatılan sabiq müsavatçı deputat İltizam Əkbərli ilə AXCP adına iddia edən Razi Nurullayev arasında seçim edə bilər… 

Onu da qeyd edək ki, bu dairədən AMİP-in yerli təşkilatının sədri Tapdıq Həsənov da namizədliyini irəli sürüb.

80 saylı İmişli-Beyləqan seçki dairəsindən də YAP-ın, əslində, İmişli İcra Hakimiyyətinin işçisi Muradov Rüfət Ehtiram oğlunun namizədliyini görüntü xatirinə verdiyi şübhə doğurmur. Çünki buradan iqtidarın parlamentdə görmək istədiyi namizəd deputat, sabiq müsavatçı Çingiz Qənizadədir.

Lakin bu rayonlara yad olan ağdaşlı Çingiz Qənizadənin qarşısında ən ciddi rəqibi elə müsavatçı, daha dəqiqi, Müsavat başqanının müavini Razim Əmiraslanlıpartiya sədri, əslən İmişlidən olan sabiq deputat Xanhuseyn Kazımlının qızı Əsli Kazımovanın, həmçinin sabiq baş prokurorun İxtiyar Şirinin oğlu biznesmen oğlu Hikmət Şirinovun olacağı da şəksizdir. Hə, bir də tanınmış yazıçı Qəşəm Nəcəfzadənin oğlu, yazıçı Kəramət Nəcəfovun (Kəramət Böyükçöl) namizədliyini də unutmayaq. Davranış və açıqlamalarında sərhəd tanımayan Kəramətin Çingiz Qənizadəyə seçki prosesi boyunca  ağır sarsıntılar yaşada biləcəyini də diqqətdə saxlamaq gərəkdir.

Bir sözlə, bu dəfə də eyni dairəyə üz tutan “yad” Çingiz Qənizadəni bir çox istiqamətlərdən acı sürprizlərin gözlədiyini proqnozlaşrmaq mümkündür. Necə ki, onun ilk görüşlərinin birində müharibə veteranın sualları qarşısında çox pərt vəziyyətə düşməsi faktını əks etdirən videolar artıq mediaya yayılıb. Əgər belə davam edərsə, o zaman hakim partiya səfərbər elədiyi resurslarını Çingiz Qənizadənin üzərindən geri çəkə bilər… 

81 saylı Beyləqan seçki dairəsindən YAP bu dəfə də deputat İsmayılov Şahin Əmir oğlunun namizədliyinə güvənib.

Rayonda ictimai nüfuzu aşağı olan Şahin ismayılovun ən ciddi rəqibləri isə BDU-nun müəllimi Atamoğlan Məmmədovla ATV-nin “Qanunla Biz” verilişinin aparıcı və layihə rəhbəri Zülfiyyə Bayramovanın olacağını söyləmək olar…

82 saylı Ağcabədi seçki dairəsindən YAP yenə də deputat Tahir Rzayevi qabağa verib. Onun rəqibləri arasında AzTV-nin bölgə üzrə əməkdaşı Sənan Həsənoğlu və bir neçə “gözə dəyən” rəqibləri var. Lakin yerli inzibati resursların deputatdan yana kökləndiyini unutmayaq. 

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən YAP orta məktəb müəllimi Rəhimov Rəşad Akif oğlunun gücünə sığınsa da, aydındır ki, partiyanın məqsədi onun deputat seçilməsinə hesablanmayıb.

Bu dairənin deputatı kimi MM-də yenə də Aqil Abbası görəcəyik.

84 saylı Füzuli seçki dairəsindən YAP yenə də orta məktəb müəllimi Məmmədova Svetlana Gəray qızının namizədliyini irəli sürüb.

Aydındır ki, Bahar Muradovanın seçkiyə qatılmamasından sonar burada YAP-ın məramı tamam başqa namizədin üzərinə köklənib. Bu, böyük ehtimalla tanınmış  iqtisadçı Vüqar Bayramovdur. Parlamentdə peşəkar iqtisadçılara təlabat olduğundan gözlənilir ki, iqtidar ona gizli dəstək verməklə yanaşı, qələbəsinə də mane olunmayacaq.

Ancaq unutmayaq ki, buradan fəal müsafatçı, tanınmış vəkil Osman Kazımov və N saylı hərbi hissənin sabiq komandiri, Horadiz əməliyyatının icraçısı, şəxsən Heydər Əliyev tərəfindən təltif edilmiş Zahir Həsənov, o cümlədən 1992-96-cı illərdə Qarabağ Qarnizonunun ilk hərbi prokuroru, əslən Füzulidən olan hüquqşünas Yusif Ağayev  kimi güclü namizədlər də seçkiyə qatılıb. 

85 saylı Şamaxı seçki dairəsindən də YAP məktəb direktoru Lazımov Arif Hacımurad oğlunun namizədliyini verib. Lakin burada da iqtidarın parlamentdə görmək istədiyi namizəd əslində, başqasıdır. Böyük ehtimalla, bu, ADU-nun prorektoru Tamam Cəfərovadır. Onun qarşısındakı ən ağırçəkili rəqiblər isə müsavatçı jurnalist Məzahir Məmmədov, keçmiş hərbçi Əzizağa Süleymanov və şirkət rəhbəri Rizvan Qənbərovdur…

86 saylı İsmayıllı seçki dairəsindən də YAP rayon Peşə məktəbinin direktoru Muradov Zaur Fazil oğlunun namizədliyini versə də, əslində, məqsəd deputat Novruz Aslanovun yenidən parlamentə seçilməsini təmin etməkdir. Burada deputatin əsas rəqibləri isə  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament müdiri Zaur Qardaşovla jurnalist Yusif Osmanlı olacaqlar. Əgər onlar ortaya ciddi iradə qoyarlarsa, deputat Novruz Aslanova sürpriz yaşada bilərlər.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən YAP Ağsu xəstəxanasının Baş həkiminin müavini Əli Hüseynovun namizədliyini də, sözsüz ki, Vəhdət partiyasının sədri, deputat Tahir Kərimlinin yenidən seçilməsi üçün irəli sürüb.

Son məlumata görə, artıq Tahir Kərimliyə görə 2 ciddi namizədi geri çəkilməyə məcbur buraxıblar.

Görünür, Tahir Kərimli də Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Sabir Hacıyev kimi hakimiyyətdən xeyir-dua almağı bacarıb.

Onun rəqibləri arasında bir neçə ictimai sferada tanınan şəxslər (məsələn, teleaparıcı Aytə Səfərova) lar da var ki, onların şanslarının daha çox seçki prosesi boyu Tahir Kərimlinin özünü necə aparmasından aslı olduğunu demək olar. 

88 saylı Göyçay seçki dairəsində də YAP rayon xəstəxanasının Baş həkiminin müavini Hacıyeva Ləman Amil qızının namizədliyini irəli sürüb. Hakim partiyanın bu dairə üzrə də daha potensiallı namizəd meydana çıxarmamasının səbəbi, şübhəsiz ki, VBP partiyasının sədri, deputat Sabir Hacıyevin yenidən MM-də təmsil olunmasına “yaşıl işıq” yandırılmasından qaynaqlanır. Diqqətçəkən budur ki, AMİP bu dairədən sahibkar Teyyub Hüseynli ilə seçkiyə qatılıb…

89 saylı Göyçay-Ağdaş seçki dairəsindən də YAP-ın rəsmi siyahısında Göyçay şəhər icra nümayəndəsi Şükürov Rəşad Əlibala oğlunun namizədliyi dəstəklənsə də, burada da tamam başqa namizədin üzərində iş aparılacaq.

Bu, sözsüz ki, siyasi kluarlarda adı ciddi müzakirə olunan Nazirlər Kabinetinin Nazirlər Kabineti Aparatının Maliyyə və İqtisadiyyat məsələləri şöbəsinin müdir müavini, əslən ağdaşlı, uzun illər BMT-nin Bakı nümayəndəliyində çalışmış Məzahir Əfəndiyevlə bağlıdır. 

Qeyd edək ki, Müsavat partiyası bu dairədən Çingiz Əlinin namizədliyini verib. Elə seçkinin də bu iki namizəd arasında gedəcəyi gözlənilir.

Xatırladaq ki, ötən seçkidə bu dairəni deputat Elman Nəsirov təmsil edib.

90 saylı Ağdaş seçki dairəsindən YAP bu dəfə də deputat Cavid Osmanovla mübarizəyə strart verib. Onun namizəd olduğu dairədə bir müxalifətçi namizədin olmaması isə seçkinin rahat qalibi olacağı anlamına gəlir.

91 saylı Ucar seçki dairəsindən isə YAP, nə qədər qəribə görünsə də, işsiz Ramil Həsənin namizədliyi üzərində dayanıb. Yada salaq ki, ötən seçkidə bu dairədən banker Çingiz Əsədullayevin ilk olaraq qələbəsi tanınsa da, sonradan MSK buradakı nəticəni ləğv edərək, təkrar seçki elan etməmişdi. 

YAP-ın namizədinə burada FHN-nin əməkdaşı, paralimpiyaçı taekvondo üzrə üç qat dünya, 4 qat avropa çempionu, əməkdar idman ustası, tərəqqi medalının sahibi, əlillyi olan uşaq və gənclərin idmana inteqrasiyası ictimai birliyinin sədri Aynur Məmmədova ilə  AKI Inter Ltd. şirkətinin direktoru, Oksford və Kembric məzunu Kənan Cəlilovun ciddi sıxıntəıar yaşada biləcəklərini proqnozlaşdırmaq çətin deyil.

92 saylı Zərdab-Ucar seçki dairəsində isə YAP rayon Mədəniyyət idarəsinin əməkdaşı Əhmədov Urfan Nizaməddin oğlunun namizədliyini verib. Sözsüz ki, bu, bitərəf adı ilə seçkiyə qatılmış deputat Jalə Əliyevanın qələbəsi üçündür. Buradan Ana Vətən Partiyası sədrinin müşaviri Jalə Seyidli (Mütəllimova) ilə tanınmış vəkil Adəm Məmmədov deputata çətin anlar yaşada bilərlər. 

93 saylı Bərdə şəhər seçki dairəsindən YAP Dövlət Şəhərsalma və arxitektura Komitəsinin şöbə müdiri Fatma Yıldırımın namizədliyini verib. Fatma xanımın rəqiblərini incələdikdə, aydın olur ki, YAP-ın namizədi bu dairənin rahat qalibi ola bilər.

94 saylı Bərdə kənd seçki dairəsindən isə YAP Bərdənin Baş həkimin müavini Məmmədov Qnyaz Vəli oğlunun namizədliyini verib. Lakin bəllidir ki, bu dairənin əsas namizədi Sosial Tədiqaqatlar Mərkəzinin sədri, deputat Zahid Orucdur. Onun əsas rəqibləri arasında isə "Real"ın dəstəklədiyi həkim Zöhrab Əliyevin adını çəkə bilərik.  Bu dairədə AzTV-nin əməkdaşı Mətanət Cəfərovanın da müəyyən səs almaq şansları var.

95 saylı Tərtər seçki dairəsindən YAP rayon təşkilatının qərargahında işləyən Əsədov Eldar Garay oğlunun namizədliyini irəli sürüb. Ancaq hamı bilir ki, iqtidar partiyası bu dairədən yenidən Sahib Alıyevi deputat görmək istəyir. Onun əsas rəqibi isə Ümid Partiyasının sədr müavini Tamilla Qulami olacaq.

96 saylı Goranboy-Naftalan seçki dairəsindən YAP Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Məmmədov Anar İlyas oğlunun namizədliyini iərli sürüb. Lakin 10 nəfərlik namizədlər siyahısına diqqət etdikdə, burada kifayət qədər iddialı namizədlərin adlarına rast glmək olar. Onların arasında BAXCP idarə heyətinin üzvü, tanınmış jurnalist Əli Həziquluyevin, jurnalist Rufik İsmayılovun, “Ümid”in yerli təşkilatının sədri İmamverdi Verdiyevin , müsavatçı Yusif Namazoğlunun, sahibkar İlham Əhmədovun adlarını çəkmək olar.

İlkin rəyə görə, bu dairədə ən azı 3 namizəd Anar Məmmədovun qarşısında ciddi rəqib olacaqlar.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən isə YAP biznesmen deputat Ağalar Vəliyevin namizədliyini verib. Bu dairədə Ağalar Vəliyevin əsas rəqibinin isə müsavatçı Malik Həsənovun olduğunu xüsusi qeyd etmək olar.

98 saylı Şəmkir şəhər seçki dairəsindən YAP yenə də deputat Sahibə Qafarovanın namizədliyi verib. Bu dairədən Sahibə xanımın deputat seçiləcəyi şəksizdir. 

99 saylı Şəmkir kənd seçki dairəsindən isə YAP Nurlan Həsənovun namizədliyini irəli sürüb.

Maraqlıdır ki, bu dairədən “Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanovun yaxın kadrı da seçkiyə qatılıb.  Bu,  “Azərbaycan Dəmir Yolları” QSC-nin maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovadır. Lakin unutmayaq ki, buradan YAP-ın namizədi Nurlan Həsənov da təsadüfi namizəd deyil. O, Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş şöbəsində məsləhətçi işləyir. Yəni Cavid Qurbanovun bu dairədən arzusunu rahatlıqla həyata keçirməsi Kəlbəcərdəki qədər asan olmayacaq. Üstəlik, bu dairədən İqtisad Universitetinin kafedra müdiri Zabit Aslanovu, "Unibank"ın baş hüquqşünası Ərtoğrul Hüseynli və daha bir neçə yerli namizədləri də gözardı etmək mümkün deyil.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən isə YAP bu dəfə deputat Kamran Məmmədovun namizədliyini irəli sürüb. Diqqətçəkən odur ki, deputatın rəqibləri arasında bir müxalifətçi belə yoxdur. 

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən YAP Sosil Tədqiqatlar Mərkəzinin sədri müavini Elşad Mirbəşiroğlunun namizədliyini verib.Onun bu dairədəki ən ciddi rəqibi isə sərt açıqlamaları ilə gündəmdən düşməyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin olacağına şühbə yoxdur.

102 saylı Samux-Şəmkir seçki dairəsindən YAP Milli Məclisin şöbə müdiri Nizami Səfərovun namizədliyini verib. MM-in məsul şəxsinin rəqibləri də “dişi”nə uyğundur.  Onun deputat seçilməsi problemsiz olacaq.

103 saylı Gədəbəy seçki dairəsindəki vəziyyəti də dərindən analiz etməyə gərək yoxdur. Buradan yenə də YAP-ın namizədi, deputat Sevinc Hüseynovanın qələbə qazanacağına şübhə olunmur.

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən YAP orta məktəb direktoru Elnarə Məhərrəmovanın namizədliyini verib.

Lakin bu dairədə seçkinin hərarətini artıracaq iki namizəd var: sabiq deputat Nazim (Məmmədov) Bəydəmirli və politoloq Arzu Nağıyev. Birinci əslən Gədəbəydən, ikinci isə Tovuzdandır.

Hər iki namizədin istər hakim dairələrdə, istərsə də yerli camaat arasında kifayət qədər ciddi dayaqları var. O üzdən bu dairədən bu iki namizəddən birinin deputat seçiləcəyi proqnozlaşdırılır.

105 saylı Tovuz seçki dairəsindən də YAP təhsil işçisi Məhəbbət Abbasovanın namizədini irəli verib. Lakin bu dairənin favoriti yenə də deputat Qənirə Paşayevadır. Bu dəfə də onun mandat sahibi olacağına şübhə etməmək gərəkdir.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən YAP Tovuzun Statistika idarəsinin rəisi Niyazi Tağıyevin namizədliyini iərli sürüb. Lakin bu dairədən İlyas İsmayılovun lideri olduğu Ədalət partiyası sədrinin müavini Mütəlim Rəhimovun, BDU-nun dosenti Vüsalə Dadaşovanın, AMEA-nın əməkdaşı Ülviyyə Ağayevanın və Tibbi Univsersitetinin şöbə müdiri Nurlana Əliyevanın da iddiaçılar arasında olması dairədəki vəziyyəti “rentgen”dən keçirməyə mane olur. Böyük ehtimalla bu dairənin deputatı adları çəkilən 4 namizəd arasından seçiləcək.

107 saylı Qazax seçki dairəsindən YAP deputat Səməd Seyidovun namizədliyini verib. Böyük ehtimalla yerli resurslar onun yenidən mandat alması üçün tam səfərbər olunacaq. Ancaq bu dairədən QHT rəhbəri Ramil Göyüşovla jurnalist Sevinc Kərimovanın imkanlarını da gözdən qaçırmaq olmaz...

108 saylı Ağstafa seçki dairəsindən YAP bu dəfə də deputat Nizami Cəfərovun namizədliyini irəli sürüb. Burada deputatın rəqibləri arasında müsavatçı Başxanım Abbasova, İTV-nin redaktoru Pərviz Məsməliyev və digər bir neçə rəqibləri də var. Burada sürpriz mümkündürmü?

Gözləyək.

109 saylı Balakən seçki dairəsindən YAP həm Balakən, həm də Bakının Nəsimi rayonlarının sabiq icra başçısı, deputat Nəsib Məhəməliyevin namizədliyini verib. Bu namizədin vaxtı ilə işlədiyi Balakəndə ciddi narazılıqlar yaratması hazırda görüşlərinə də sirayət edir. Deputatın görüşlərinin süni və sönük keçməsi diqqətdən yayınmır. Üstəlik,  rayon rəhbərliyinin bütün inzibati resursları ondan yana səfərbər etməsi haqda artıq rəqibləri tərəfindən məlumatlar buraxılır Lakin 7 rəqibinin (Bunlardan bir neçəsinin namizədliyini geri götürəcəyi deyilir) cəhdinə baxmayaraq, Məhəməliyev biznesinin və hakim əlaqələrlə münasibətlərinin hesabına yenidən mandat sahibi olmağa çalışacaq. Ona bu dairədə maneə yaradacaq namizədlərdən biri hüquqşünas İbrahim həsənov, digəri isə Mustafa Dibirov ola bilər...

110 saylı Zaqatala seçki dairəsindən YAP rayon təhsil şöbəsinin işçisi Bəhruz Bayramovun namizədliyini irəli sürüb. Lakin bu dairədən deputat, Demokratik Marifçilik Partiyasının sədri Elşən Musayevin  seçkiyə qatılması göstərir ki, iqtidar partiyası onun yenidən mandat sahibi omasına çalışır. E.Musayevin xüsusi ilə onun iki rəqibi Fariz Həsənli ilə Nurlana Cəlilin qısa müddətdə ATƏT müşahidəçilərinin dairəyə gəlməsinə belə nail olması, durumu xeyli mürəkkəbləşdirib. Görünən odur ki, bu dairədən E.Musayevin yenidən mandat sahibi elan edilməsi ciddi başağrısı yaradacaq.

111 saylı Zaqatala-Balakən seçki dairəsindən YAP-ın namizədi Kamilə Əliyevanın qələbəsi üçün indidən bütün yerli dairələr səfərbər olunduğundan, onun mandat sahibi olacağına şübhə olunmur.

112 saylı Qax seçki dairəsindən YAP bu dəfə muzey direktoru Mahir Əfəndinin adını rəsmi siyahısına salsa da, hamı bilir ki, burada əsas namizəd Kəmaləddin Heydərovun komandasının üzvü, deputat Azər Kərimli sayılır. Artıq yerli qurumlar onun növbəti qələbəsi üçün səfərbər olunub.

113 saylı Şəki şəhər seçki dairəsindən YAP bu dəfə akademik Yaqub Mahmudovun deyil, rayon Gənclər və İdman İdarəsinin rəisi İskəndərov Vüqar Yapon oğlunun namizədliyini irəli sürüb. Lakin burada hakim partiyanın əslində kimdən yana seçim edəcəyi hələki müəmmalı sayıla bilər. Ola bilsin ki, YAP elə öz namizədini sonadək dəstəkləyəcək.

114 saylı Şəki kənd birinci seçki dairəsindən YAP Şəki təhsil şöbəsinin müdiri Südabər İsmayılovanın namizədliyini irəli sürsə də, hamı bilir ki, bu dairənin favoriti Baş nazirin sabiq müavini, deputat Əli Məsimlidir. Onun yenidən mandat qazanacağı ehtimalı çox yüksəkdir.

115 saylı Şəki kənd ikinci seçki dairəsindən YAP AMEA-nın Şəki regional mərkəzinin əməkdaşı Rahim Həsənovun namizədliyini versə də, yerli resurslar yenə də “dərman alverçisi”, haqqında son illər xeyli qalmaqallı xəbərlər yayılan Cavanşir Feyziyevin qələbəsinə kökləniblər. Bəzi ekspertlər iddia edir ki, C.Feyziyev gərəkirsə, problem yaradacaq rəqbləri ilə gizli anlaşmaya gedəcək və problemsiz seçkini uğurla başa vuracaq...

116 saylı Qəbələ seçki dairəsindən YAP Qəbələnin arxiv idarəsinin müdiri Samir Əliyevi qabağa versə də, burada əslində, nazir Kəmaləddin Heydərovun 82 yaşlı atası Fəttah Heydərovun qələbəsi üçün qollarını çırmalayacaqlar. Ümumiyyətlə, dairələrin ilkin analizini apardıqda, aydın olur ki, bu dəfəki parlamentdə nazir Kəmaləddin Heydərovun ən azı 10 deputatı olacaq. 

Yeri gəlmişkən, Heydərov 1995-ci ildən bu yana  Milli Məclisdə təmsil olunur.

117 saylı Oğuz-Qəbələ seçki dairəsindən isə YAP bu dəfə də deputat Aqiyə Naxçıvanlının namizədliyini verib. Lakin bu dəfə onbun qarşısında telejurnalist Ləman Ələşrəfqızı kimi ciddi rəqibi də var. Ləman xanımın seçicilərlə həddən artıq aktiv işləməsi, eyni zamanda, yerli olması ona olan inamı xeyli artırıb. Əgər şəffaf seçki olarsa, Aqiyə xanıma yerli resursların səfərbərliyi belə qələbə qazandıra bilməz…

118 saylı Ağdam şəhər seçki dairəsindən YAP Ağdamın Təhsil şöbəsinin məslhətçisi Fərid Muradovun namizədliyini versə də, aydındır ki, burada iqtidar yenə də deputat Bəxtiyar Əliyev üçün çalışacaq. Onun dairədəki əsas rəqiblərindən biri isə Musa Ağayev olacaq.

119 saylı Ağdam kənd seçki dairəsindən YAP bu dəfə də yaxın aylara qədər Siyavuş Novruzovun “başsağlığı alveri”ndə ittiham etdiyi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun namizədliyini verib…

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun namizədliyini verib.  Bu dairədə YAP-ın namizədinin ən ciddi rəqibi şəhid övladı, tanınmış jurnalist Zaur Əhməd oğlu Məmmədovdur. Məcburi köçkün rayonları olan bu dairənin camaatının şəhidinə, onun ailəsinə necə sahib çıxıdığını isə xüsusi şərh etməyə ehtiyac yoxdur...

121 saylı Laçın seçki dairəsindən YAP bu dəfə də deputat, eyni zamanda,  Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadənın namizıdliyini verib..

Onu da qeyd edək ki, M.Abbaszadənin əvvəldən ümumilikdə 16 rəqibi olub. Lakin indi aydın olur ki, onlardan cəmi 7-I meydanda qalıb. Onun rəqibləri arasında müsavatçı Raqif Kərimli və digər iksinin adını çəkə bilərik

122 saylı Xankəndi seçki dairəsindən isə YAP namizəd irəli sürməyib. Bu dairədən Dağlıq Qarabağ İcmasının sədri, XİN əməkdaşı Tural Gəncəliyevin deputat seçilməsi üçün bütün imkanlar əvvəldən səfərbər olunub. Tural Gəncəliyevin rəqiblərinə qalib  gələrək, MM-də Xankəndini təmsil edəcəyinə şübhə olunmur.

123 saylı Kəlbəcər seçki dairəsindən isə YAP Kəlbəcərin icra başçısı, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanovun yaxın qohumu Aqil Məmmədovun namizədliyini verib. 

İcra başçısının rəqiblərinə keçmədən əvvəl qeydedək ki, bu dairənin əvvəlki deputatı elə Cavid Qurbanovun özü olub. Lakin rəhbərlik etdii sahədəki işlərinin çoxluğu ilə o da bu dəfə seçkidən kənarda saxlanılıb. Ancaq görünən odur ki, Cavid Qurbanov da nazir Kəmaləddin Heydərov kimi, siyasi ustalıqş sərgiləyərək, parlamentdə növbəti yaxın adamını daxil etməyə çalışır.

İcra başçısının bütün rəqibləri isə “diş”inə görədir. Əlbəttə, Cavid Qurbanov faktoruna görə. Əks halda, onu elə gənc rəqibi, hüquqşünas Əziz Qənbərov şəffaf seçkidə rahatlıqla məğlub edər...

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən YAP bu dəfə də deputat Elman Məmmədova şans verib.Əgər professor Mübariz  Əliyev sonadək yarışda qalıb, deputatla çəkişərsə, əlbəttə, bu dairədən ciddi səs ala bilər. Lakin inzibati qərar bu dairədə də seçkinin taleyini həll edəcək.

125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən YAP bu dəfə də haqqında xoş olmayan fikirlər, rylər olan deputat İmamverdi İsmayılovun namizədliyini verib.Lakin burada İmamverdiyə aman verməyəcək xeyli iddialı namizədlər var. Onların arasında VHP-çı Anar Əsədli, Demokratik Azərbaycan dünyası Partiyasının sədri Əlisahib Hüseynov, “Real” TV-nin əməkdaşı, tanınmış telejurnalist Afət Telmanqızı və digər namizədlər var ki, onların hər biri şəffaf seçkidə İmamverdi İsmayılovu asanlıqla sıradan çıxara bilərlər.

Elə bu səbəbdəndir ki, İmamverdi ismayılovun rəqiblərinin plakatlarını cırdırması, yerli icra başçılarının qəbullarında qaldığı haqda bol xəbərlər yayılır…

P.S. Bir daha qeyd edək ki, bu seçkidir. Və bəzi dairələr üzrə proses real vəziyyətə uyğun hər an dəyişə bilər. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı