"Bakteriya və virusların yayılması çoxalıb" - Baş pediatrdan xəbərdarlıq
17-01-2020 [11:49]
"Hazırda payız-qış mövsümü üçün xarakterik olan soyuqdəymə xəstəliklərinə tez-tez rast gəlinir. Çünki havanın soyuması ilə əlaqədar olaraq bakteriya və virusların yayılmasına meyllik artır".
Bunu respublikanın baş pediatrı Nəsib Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, uşaqların bağçalarda, məktəblərdə, kollektivdə cəmləşməsi, yəni bir-birini yoluxdurma ehtimalının yüksək olması, bakteriya və virusların aktivliyinin artması, digər tərəfdən immunitetin güclü olmaması xəstəlik riskini artırır:
"Ona görə də əvvəlki illərdə olduğu kimi, bu il də uşaqlar arasında bir sıra virus mənşəli xəstəliklər müşahidə olunur. Yayılan viruslar müxtəlif mənşəlidir. Onlar adenoviruslar, rinoviruslar, paraqrip və qrip, rotaviruslar adlanır və onların minlərlə stereotipləri mövcuddur”.
N.Quliyev yüksək hərarət zamanı nə etmək lazım olduğunu açıqlayıb:
"Bu viruslar çox sürətlə artıb çoxalır. Buna görə də virusların şiddətlə artıb çoxaldığı dövrdə hərarət müşahidə olunur. Əslində, 38.5, 39 dərəcəyə qədər olan hərarət orqanizmin infeksiyaya qarşı qorunma reaksiyalarından biridir. Çünki bədəndə hərarətin yüksəlməsi virus və bakteriyaların artıb çoxalmasına mənfi təsir göstərir. Bütün hallarda qızdırmanı salmaq lazım deyil. Əgər hərarət 38.5-dən, 39-a və ondan yuxarı qalxarsa, o zaman müdaxilə edilməlidir. Əks-halda hərarətsalıcı dərmanlardan istifadə etmək doğru deyil. Bu barədə valideynlər mütləq həkimlərlə məsləhətləşməlidirlər”.
N.Quliyev bildirir ki, uşaqların xəstəlikdən qorunması üçün qidalanmaları, geyimləri, onlara göstərilən qulluq düzgün olmalıdır:
"Yay mövsümündə günəş, qum, su vannası qəbul etmək, bol meyvə-tərəvəzlə qidalanmaq lazımdır. Peyvəndlər vaxtlı-vaxtında edilməlidir. Valideynlər bunlara əməl edərsə, uşaqlar bir qayda olaraq payız-qış mövsümündə az xəstələnərlər”.
Adıçəkilən virus infeksiyalarından ölüm hallarının olması ilə bağlı sualı cavablandıran baş pediatr deyib ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də virus xəstəlikləri qorxulu fəsadlar törədə bilir:
"Əgər klassik gediş müşahidə olunursa adətən xəstəliyin əlamətləri bir həftə ərzində keçir. Bədənin özünün müdafiə qüvvələri səfərbər olunaraq xəstəliyi yox edir. Amma virus xəstəliklərinin qorxulu cəhəti odur ki, onlar bəzən gözlənilməyən ağır fəsadlar törədir. El arasında düşünülür ki, qrip qorxulu xəstəlik deyil. Amma ağır fəsadlar, hətta ölüm halları törətdiyinə görə hər kəs buna ciddi yanaşmalıdır. Bu gün xəstəliyi "qrip” adlandırırlar, amma sabah bu, ağır fəsadlar, meningit, qanaxma, sətəlcəm törədə bilər və ağır gedişlə ölümə gətirib çıxara bilər. Odur ki, valideynlər, tibb işçiləri, ümumiyyətlə, hər kəs buna ciddi yanaşmalıdır. Bu viruslar aldadıcı olur, adətən, düşünürlər ki, bir neçə günə keçəcək. Amma diqqətli olmayanda ağır fəsadlar törədir. Elə Balakəndə ölən məktəbli uşağın da diaqnozu kəskin respirator virus infeksiyası idi. Bu ölüm hadisələri başlanğıcda virus infeksiyası olsa da, sonradan fəsadlaşıb ağır xəstəliklər əmələ gətirir. Məsələn, meningit, sətəlcəm, baş-beyin toxumasının iltihablaşması... Dediyim kimi, bunlar həmişə mövcuddur və sadalanan məsələlərə diqqət edilməsə, bu gün də bu hallarla qarşılaşa bilərik”.
Baş pediatr həmçinin onu da vurğulayıb ki, Azərbaycanda aparılan baktereoloji, virusoloji laborator müayinələr nəticəsində bu il bir virusun törətdiyi epidemiya hələ müşahidə olunmayıb: "Əksinə, son günlərdə viruslarla bağlı xəstələnmənin sayı azalmağa doğru gedir və artım müşahidə edilmir".
Report
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb