PARLAMENT SEÇKİSİ: Deputatlığa namizədlərin sayı 1623-ə çatıb

img

17-01-2020 [11:13]


Yanvarın 17-də Milli Məclisə seçkilərlə əlaqədar namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyasına başlanılıb. Təşviqat kampaniyası 2020-ci il yanvarın 17-dən fevralın 8-i saat səhər 08:00-a qədər olan dövrü əhatə edir.

Bunu secki-2020.az saytına açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.

O deyib ki, bu günə qədər 1623 nəfərin deputatlığa namizədliyi qeydə alınıb: "Bu, əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir".

MSK rəsmisinin sözlərinə görə, Azərbaycanda güclü siyasi iradə mövcuddur və seçki prosesində iştirak etmək istəyən passiv seçki hüququ subyektləri bu mühitdən kifayət qədər yararlanmaq arzusundadırlar: “Seçki prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. İnanıram ki, seçki prosesinin əsas mərhələsi olan səsvermə də qanunvericiliyin tələblərinə uyğun reallaşdırılacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq