BDU-da QALMAQAL: rektor müəllimlə tələbə arasındakı qalmaqala müdaxilə edib
16-01-2020 [19:53]
Bakı Dövlət Universitetində (BDU) tarix kafedrasının müəllimi Rabil Süleymanlı İslam dini və “Qurani Kərim” haqqında təhqiramiz ifadələr işlədib. Bu isə tələbələrin etirazına səbəb olub.
Yenisabah.az xəbər verir ki, bu barədə BDU-nun tələbəsi Elnar Bulud məlumat yayıb.
Elnar Buludun bildirdiyinə görə olay imtahan zamanı baş verib:
"Demək bu gün səhər imtahanımız idi. İmtahan nəzarətçilərindən biri Rabil Süleymanlı adında 64 yaşlı bir müəllim imtahan başlayandan İslam dini və Qurani Kərim haqqında təhqiramiz ifadələr səsləndirməyə başladı. Müəllimə imtahana mane olduğunu dəfələrlə deməyimizə baxmayaraq uca səslə təhqiramiz sözlərini davam etdirirdi.
Müəllim uca səslə "Müsəlmanlar savadsız olurlar, heç birinin qandığı şey yoxdur, din nədir? Müsəlmanlar hamısı terrorçudur" deyincə, mən "müəllim imtahana mane olursuz" deyə etiraz etdim. Mənə xitabən, "sən də dindarsan?" soruşdu. "Əlhəmduliləh müsəlmanam" deyincə, üstümə qışqıraraq"öz dilində danış" dedi.
Biraz keçmiş digər nəzarətçi müəllimə uca səslə "müsəlmanlar gericidirlər, həmişə demişəm yenə deyirəm gedin açın “Quran”ı oxuyun. Ərəbin nağıllarına da inanmayın" deyincə, yenidən etiraz etdim.
Müəllim etirazıma cavab olaraq mənə, "Nə baxırsan? İndi ağlından keçir ki, əlimdə olsaydı bu müəllimə nələr edərdim?! Terrorçuya oxşayırsan. Bunlar hamısı belədir" deyərək, ucadan qışqırmağa başladı.
Az keçmiş yanıma gəlib mənə "tələbə biletinə baxım. Görüm adın nədi sənin? Özümü səndən qoruyum. Bu müsəlmanlar təhlükəli olurlar" dedi. Yenə də ədəbli şəkildə cavabını verməyə çalışdım.
Müəllim bununla da yetmədi, imtahanın sonuna kimi İslam və “Quran” haqqında təhqiramiz ifadələr işlətdi. 60 nəfər tələbənin içində heç bir əsas olmadan mənə "terrorçu" dedi. Tələbələrin dini inancalarını ələ salmağa çalışdı. Vəzifəsindən (müəllimlik) istifadə edərək insanları etniq, irqi, dini mənsubiyyətinə görə başqalarının içində alçaltmaq, təhqir etmək hansı prisiplərə uyğundur? Belələrinin cavabı hüquqi baxımdan dövlət tərəfindən verilməlidir. Belə hallar bir də yaşanmasın deyə BDU rəhbərliyini də tədbir görməyə çağırıram. Mənim və mənim kimilərin imtahan vaxtı keçirdiyi əsəb və gərginliyin, eyni zamanda sualların cavablarını yazmağa mane olan danışığın əvəzini kim və necə verəcək?”
Elnar Bulud məsələ ilə bağlı BDU-nun rektoru Elçin Babayevlə görüşüb. Onun sözlərinə görə, Rabil Süleymanlı İslam dini və Qurani Kərimi təhqir etdiyi üçün BDU rəhbərliyi tərəfindən cəzalandırılıb.
"BDU-nun rektoru Elçin Babayevlə az əvvəl görüşdük. Dünən qeyd etdiyim müəllim şiddətli töhmət alıb və artıq imtahanlara buraxılmayacaq. Üstəlik fəaliyyəti də xüsusi nəzarətə götürülüb. Ən xırda səhvində işdən azad olunacaq. Rektor bundan sonra BDU-da bu tip halların yaşanmayacağına təminat verdi. Rektor dedi ki, belə hal bir də yaşansa, daha sərt tədbir görüləcək. BDU tələbələrindən kimsə bu tip hallarla qarşılaşarsa birbaşa rektorla əlaqə saxlasın. Rektor özü müvafiq tədbir görəcək.
Şəxsən müəllim haqqında verilən qərardan tam olaraq razı qalmasam da, bu tip halların universitetdə yaşanmayacağına verilən zəmanət əsas məqsədimin hasil olması deməkdir. Sırf inancına görə heç bir tələbənin islamafobik və ya digər şəkildə təzyiqlə üzləşməməyini təmin etmək əsas məqsədim idi. Ona da birlikdə nail olduq",- deyə Elnar Bulud bildirib.
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib