Əli Əsədov "Təbirlər planı"nı" təsdiqlədi, vəzifəli şəxslərə yeni tapşırıqlar verdi - CƏDVƏL

img

16-01-2020 [19:27]


Nazirlər Kabineti “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nı təsdiq edib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulan icraçılara müvafiq tədbirlərin müəyyən olunmuş icra müddətində yerinə yetirilməsini təmin etmək  və görülmüş işlər barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə

Tədbirlər Planı

 

Sıra №-si

Tədbirin adı

İcraçılar

İcra müddəti

1

2

3

4

1. Maliyyə-bank sektoru

1.1.

Büdcə xərclərinə nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin təqdim edilməsi

Maliyyə Nazirliyi

2020-ci ilin mart ayınadək

1.2.

Xarici borcun tərkibi təhlil olunaraq səviyyəsinin azaldılması, restrukturizasiyası (o cümlədən, bahalı kreditlərin nisbətən aşağı faizli kreditlərlə əvəz edilməsi) və xarici kreditlərin alınmasına zərurət yaranarsa qabaqcıl beynəlxalq texnoloji və müasir standartlara cavab verən layihələrin həyata keçirilməsi barədə təkliflərin təqdim edilməsi

Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

2020-ci ilin aprel ayınadək

1.3.

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ın və investisiya siyasətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi

Dövlət Neft Fondu, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank

2020-ci ilin aprel ayınadək

1.4.

Bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi

Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi

2020-ci ilin sonunadək

1

2

3

4

1.5.

Bank sektorunda, o cümlədən şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi

Mərkəzi Bank

2020-ci ilin iyul ayınadək

2. İqtisadi artımın dayanıqlılığı

2.1.

Dövlət investisiya proqramı hazırlanarkən başlanılmış investisiya layihələrinin başa çatdırılmasının prioritetləşdirilməsi

İqtisadiyyat Nazirliyi

2020-ci ilin sonunadək

2.2.

Dövlət investisiya proqramı çərçivəsində həyata keçirilən layihələrin, o cümlədən infrastruktur layihələrinin real sektora olan təsirinin qiymətləndirilməsinin nəticələrinin təqdim edilməsi

İqtisadiyyat Nazirliyi

2020-ci ilin aprel ayınadək

2.3.

Uzunmüddətli qeyri-neft ixracı strategiyasının hazırlanması

İqtisadiyyat Nazirliyi

2020-ci ilin iyul ayınadək

2.4.

Emal sənayesinin inkişafı, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı istiqamətində təkliflərin təqdim edilməsi

İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi

2020-ci ilin aprel ayınadək

2.5.

Beynəlxalq təcrübə nəzərə alınmaqla, əhali artımının iqtisadi artımla uyğunluğunu nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanması

İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi

2020-ci ilin oktyabr ayınadək

2.6.

Özəl investisiyaların cəlb edilməsi üzrə tədbirlərin genişləndirilməsi istiqamətində təkliflərin təqdim edilməsi

İqtisadiyyat Nazirliyi

2020-ci ilin may ayınadək

2.7.

Kiçik və orta biznesin inkişafına dəstəyin gücləndirilməsi

İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank

2020-ci ilin sonunadək

2.8.

Tütün və tütün məmulatlarının istehsalının artırılması, həmin məmulatların idxalının azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi və nəticələri barədə hesabatın təqdim edilməsi

 

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

2020-ci ilin sonunadək

hər rüb

1

2

3

4

2.9.

İpəkçilik sahəsinin inkişafı istiqamətində konsepsiya layihəsinin təqdim edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

2020-ci ilin may ayınadək

 

 

 

 

2.10.

Toxuculuq məhsullarının istehsalının təşkili və əlavə dəyər zəncirinin yaradılması barədə təkliflərin təqdim edilməsi

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi

2020-ci ilin iyul ayınadək

2.11.

Turizmin inkişafı sahəsində mövcud vəziyyətin hərtərəfli təhlil olunması və turist axınının artırılması üçün kompleks tədbirlərin görülməsinə dair təkliflərin təqdim edilməsi

Dövlət Turizm Agentliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC

2020-ci ilin aprel ayınadək

2.12.

Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlb edilməsi

Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Azərenerji” ASC

2020-ci ilin sonunadək

3. Beynəlxalq iqtisadi əməkdaşlıq

3.1.

Hökumətlərarası Komissiyaların fəaliyyəti çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə təkliflərin təqdim edilməsi

Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi

2020-ci ilin sonunadək

3.2.

Azərbaycan məhsullarını ixrac etmək məqsədilə yerli şirkətlərin xarici ölkələrdə fəaliyyəti və yerli şirkətlərin xarici ölkələrdə tenderlərdə iştirakı istiqamətində yeni imkanların araşdırılması, nəticələri əsasında təkliflərin təqdim edilməsi

 

Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi

2020-ci ilin sonunadək

1

2

3

4

3.3.

Beynəlxalq nəqliyyat dəhlizləri üzrə infrastruktur layihələrinin icrası

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

2020-ci ilin sonunadək

4. Sosial tədbirlərin gücləndirilməsi

4.1.

Kölgə iqtisadiyyatının aradan qaldırılması üzrə mübarizənin gücləndirilməsi barədə təkliflərin təqdim edilməsi

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Statistika Komitəsi

2020-ci ilin may ayınadək

4.2.

Qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı koordinasiyanın gücləndirilməsi üzrə müvafiq tədbirlərin görülməsi

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası

2020-ci ilin sonunadək

4.3.

Sığorta fəaliyyəti, o cümlədən daşınmaz əmlakın icbari sığortası barədə vətəndaşların maarifləndirilməsi

Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi

2020-ci ilin sonunadək

4.4.

Şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil təminatının yaxşılaşdırılması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi

2020-ci ilin sonunadək

1

2

3

4

5. Gömrük sahəsi

5.1.

Gömrük sərhəd keçid məntəqələri üzrə infrastrukturun yaxşılaşdırılmasına dair təkliflərin təqdim edilməsi

Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2020-ci ilin aprel ayınadək

5.2.

Gömrük sərhəd keçid məntəqələrində gömrük orqanlarının vəzifəli şəxslərinin etik-davranış qaydaları üzrə maarifləndirmə işlərinin aparılması

Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti

2020-ci ilin sonunadək

 


Digər xəbərlər
SON XƏBƏRLƏR