Putin Medvedevi özünə yeni müavin təyin etdi

img

16-01-2020 [17:40]


Rusiya Prezidenti Vladimir Putin Mixail Mişutsinin Baş Nazir təyin olunması haqqında sərəncam imzalayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin, eyni zamanda, Təhlükəsizlik Şurasının sədrinin müavini vəzifəsinin yaradılması və bu vəzifəyə Dmitri Medvedevin təyin olunması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının sədri Rusiya Prezidenti Vladimir Putindir.

Xatırladaq ki, yanvarın 15-də Rusiya Prezidenti “Rusiya Federasiyasının Hökuməti haqqında” Fərman imzalayıb və Baş Nazir vəzifələrinin müvəqqəti icrası Dmitri Medvedevə həvalə edilib. Fərmanın birinci bəndi kabinetin istefasını elan edir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR