"Fənərbaxça"nın idman direktoru Damien Komolli istefa verib

img

16-01-2020 [14:21]


Türkiyənin "Fənərbaxça" klubunun idman direktoru Damien Komolli vəzifəsindən istefa verib.

Bu barədə xəbəri klubun rəsmi saytı yayıb. 

Hələlik fransalı mütəxəssisin istefa verməsinin səbəbi məlum deyil.

Onun klubdan ayrılması ilə bağlı açıqlanan xəbərdə deyilir: "12 iyun 2018-ci ildə "Fənərbaxça"da idman direktoru vəzifəsinə başlayan cənab Damien Komolli bu gün istefa verib. Vəzifədə olduğu müddətdə gördüyü işlər üçün ona təşəkkür edir və gələcək karyerasında uğurlar diləyirik".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA