Bakıda daha bir keçmiş məhkum həbs edildi

img

15-01-2020 [17:25]


Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 150 qram marixuana götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR