Barak Obama İranı hədələdi

img

16-09-2013 [15:47]


ABŞ prezidenti Barack Obama İranın yeni prezidenti ilə əlaqə saxladığını elan edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Obama ABC telekanalına müsahibəsində İranı Suriyanın kimyəvi silahları barədə əldə olunmuş razılaşmadan "ibrət dərsi” götürməyə çağırıb.

Obama bildirib ki, İranın nüvə proqramı ABŞ üçün kimyəvi silahlardan daha böyük problemdir.Onun fikrincə, ABŞ-ın Suriyaya qarşı zor işlətməməsinə baxmayaraq, "inandırıcı zor hədəsi” razılaşmaya kömək edə bilər.Obama İranın yeni prezidenti Həsən Ruhani ilə məktub mübadiləsində olduğunu təsdiq edib.

İki ölkə liderləri arasında birbaşa əlaqənin özü nə qədər təəccüblü görünsə də, ABŞ prezidenti deyib ki, "yeni prezident birdən-birə hər şeyi asanlaşdırmayacaq”.Obama bildirib ki, İran ABŞ-ın Suriyaya qarşı hərbi hərəkətə keçməməsindən arxayınlaşmamalıdır:"İran Suriya məsələsindən ibrət dərsi alıb başa düşməlidir ki, belə məsələləri potensial olaraq diplomatik yolla həll etmək mümkündür.Əgər inandırıcı zor hədəsindən və eyni zamanda sərt diplomatik səylərdən istifadə olunarsa, razılaşma əldə etmək mümkündür”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA