Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub

img

14-01-2020 [16:55]


Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.

Bu barədə “Report”a H.Qədimovanın özü məlumat verib.

Onun sözlərinə görə, hadisə yanvarın 12-si saat 12:15 radələrində, paytaxın Səbail rayonunun Teymur Elçin küçəsində qeydə alınıb: “İdarə etdiyim maşınımı Teleteatrın qarşısında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra DİN-nin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.

H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib: “Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.

Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:

“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.


Digər xəbərlər
SON XƏBƏRLƏR