"Ananı çək, nə qədər istəyirsən gül..." - Xoşqədəm bu videosunu paylaşan jurnalistə belə qəzəbləndi  + VİDEO

img

14-01-2020 [12:26]


Tanınmış jurnalist, teleaparıcı Xoşqədəm Hidayətqızı daha bir qalmaqallı ilə diqqət çəkib.

“Yeni Sabah” xəbər verir ki, Xoşqədəm onunla bağlı sosial şəbəkə yumor tipli paylaşım edən jurnalist Pərviz Hüseynə sərt sözlər yazıb. 

Belə ki, o, X. Hidayətqızının efirdən qətlə yetirilən 10 yaşlı Nərminlə bağlı dediklərini paylaşaraq “Tanışlarım “iphone pro max” alarkən mən” şərhini yazıb. Xanım aparıcı isə paylaşıma rəy yazaraq onu təhqir edib:

“Pərviz, bilmirəm kimsən, anan, atan kimdir. Bildiyim odur ki, sən bir körpənin ölümünü gülüş obyektinə çevirəcək qədər bir vicdansızsan! Və bu paylaşımını mən paylaşıb səni insanların ixtiyarına buraxacam. Ananı çək, nə qədər istəyirsən gül. Bir körpə üçün tökülən göz yaşını gülüş obyektinə çevirəcək qədər şərəfini itirdiyin üçün valideynlərini tanımaq istədim və indi onları axtarıram. Sil indi şərhimi”.

Pərviz Hüseyn isə cavabında “Anam artistlik eləmir, Xoşqədəm xanım. Məni təhrik edirsiniz ki, sizə nəsə yazım, məhkəmə predmeti olsun. Amma hamının vicdanı göz qarşısındadır. Allah vicdanı olmayanların bəlasını versin. Bu, mənəmsə, həmçinin də mənim”.

Qeyd edək ki, bundan sonra izləyicilər Xoşqədəm Hidayətqızını jurnalistin anasını məsələyə qatdığı üçün qınayıb.

Sizə Xoşqədəmlə bağlı paylaşımı təqdim edirik:

 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq