İşsiz, təqaüdçü və... - Kəmaləddin Heydərovun 82 yaşlı atasının 22 rəqibindən 8-i seçkidən imtina etdi 

img

13-01-2020 [21:03]


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun 82 yaşlı atası, deputat Fəttah Heydərovun deputatlığa namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, 116 saylı Qəbələ seçki Dairəsindən namizəd olan F.Heydərovun işsiz, pensiyaçı, kitabxana və restoran işçiləırindən ibarət 22 rəqibindən artıq 8-i seçkidən geri çəkilib, bir qisminin namizədliyi ilə bağlı isə hələlik DSK qərarını açıqlamayıb.

Yəni göründüyü kimi, hansısa səbəbdən nazirin atasının qarşısına güclü namizəd çıxmayıb, yaxud çıxmasına mane olunub. Bunu isə 82 yaşlı deputatın MM-ə gedən yolunda təkrar "yaşıl işıq" saymaq olar.

Yeri gəlmişkən, Heydərov 1995-ci ildən bu yana  Milli Məclisdə təmsil olunur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR