Rövşən Məmmədov AzTV-nin Bədii Şura üzvlərini topladı - Xalq artistləri yeni təkliflər veriblər + FOTO

img

13-01-2020 [18:05]


“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) yanında Bədii Şuranın növbəti toplantısı keçirilib.

Mia.az AzTV-yə istinadla bildirir ki, iclasda QSC sədri Rövşən Məmmədov çıxış edərək bu il görüləcək işlər və gözləntilər barədə qısa məlumat verib. 

Sədr qeyd edib ki, artıq bu il İdman Tv-nin səhər proqramı efirə çıxacaq və bununla hər üç (AzTV, Mədəniyyət TV və İdman TV) kanalın ayrıca səhər proqramı olacaq. Mədəniyyət TV-nin səhər studiyasının yenidən tikildiyini deyən R.Məmmədov bildirib: “Bu il AzTV-də yeni daha maraqlı və daha dinamik verilişlər görəcəksiniz. İl ərzində daha yeni studiyaların tikilməsi planlaşdırılır. Verilişlər arasında rəqabət müşahidə olunur. Eyni zamanda “Hüquq və mən”, “Baku s Nadejdoy” kimi verilişlərin çəkilişləri artıq başlanılıb və yaxın günlərdə yayımlanması planlaşdırılır".

İclasda Şura üzvləri Xalq artisti Mübariz Tağıyev, Xalq artisti Ramiz Quliyev, Xalq artisti Faiq Sücəddinov, Xalq artisti Mənsum İbrahimov, professor Ceyran Mahmudova, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova və digərləri danışaraq fikir və təkliflərini bildiriblər.

Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər. Həmçinin qərara alınıb ki, Bədii Şura bölgələrdə də bu il bir qədər fərqli formatda ictimaiyyətlə görüşlər keçirsin. Bu il ilk görüş yeri olaraq Sumqayıt şəhəri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı