Parlament seçkilərinə 14,8 milyon dollar vəsait ayrılacaq - Gürcüstanda

img

13-01-2020 [17:23]


Gürcüstanda bu il keçiriləcək parlament seçkilərinə 42,8 milyon lari (14,8 milyon dollar) vəsait ayrılacaq.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.

Vəsaitin böyük hissəsi - 19,5 milyon lari olmaqla əməkhaqqılarının ödənilməsinə sərf ediləcək.

Seçki komissiyalarının üzvləri üçün təşkil olunacaq təlimlər üçün 1 061 000 lari, seçki subkeyktlərinin televizayada reklamı üçün isə 2 111 674 lari həcmində vəsait nəzərdə tutulub.

Seçki subyektlərinin maliyyələşdirilməsinə 7 238 050 lari yönəldiləcək.

Qeyd edək ki, qonşu ölkədə qanunverici orqana seçkilər oktyabrda baş tutmalıdır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR