Bakıda direktorun otağından pul oğurlanıb

img

13-01-2020 [16:37]


Bakıda çörək zavodunun direktorunun otağından pul oğurlanıb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Yasamal rayonunda yerləşən "Muğan" ASC-yə məxsus çörək zavodunda qeydə alınıb.

Belə ki, ASC-nin direktoru Kamil Mirişovun xidməti kabinetindən 4000 manat pul oğurlanıb.

Daha sonra bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edilib.

Faktla bağlı hadisəni törədən şəxs və ya şəxslərin axtarışları aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub