Gürcüstan ölkənin aviaşirlətlərini İran və İraqın hava məkanından istifadə etməkdən çəkinməyə çağırıb

img

13-01-2020 [12:33]


Gürcüstanın Mülki Aviasiya Agentliyi ölkənin aviaşirlətlərini İran və İraqın hava məkanından istifadə etməkdən çəkinməyə çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyi İran və İraqın hava məkanından uçuşları yüksək risk kimi qiymətləndirib: “Avropa aviaşirkətlərinə İraq və İranın hava məkanından istifadə etməmək tövsiyə olunub. Aviasiya sahəsində beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumat mübadiləsi həyata keçirirlər, uçuşlar və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı cari riskləri qiymətləndirirlər”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR