Liviyada döyüşən tərəflər Moskvada bir araya gələcək

img

13-01-2020 [11:17]


Rusiya Xarici İşlər Nazirliyi (XİN) bu gün Moskvada Liviya Milli Razılıq Hökumətinin Baş Naziri Faiz Sərac və Liviya Milli Ordusunun (LMO) rəhbəri marşal Xəlifə Haftar arasında görüş keçiriləcəyini təsdiq edib.

Bu barədə TASS Rusiya XİN-ə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş Rusiya və Türkiyənin Xarici İşlər və Müdafiə nazirlərinin vasitəçiliyi ilə baş tutacaq. Görüş zamanı Rusiya və Türkiyə prezidentlərinin Liviyada atəşkəs təşəbbüsü müzakirə olunacaq.

Bundan başqa, bu gün Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu, habelə Rusiya və Türkiyə Müdafiə nazirləri arasında danışıqların da aparılması gözlənilir. Danışıqlarda Liviya, Suriya və Yaxın Şərqdə mövcud vəziyyət müzakirə ediləcək.

Qeyd edək ki, ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri 12 yanvar saat 00:00-dan etibarən döyüşləri dayandırmağa çağırıblar. Bundan sonra marşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu (LMO) və Liviya Milli Razılıq Hökuməti atəşkəs elan ediblər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR