İranda sensasion hadisə: Britaniya səfiri saxlanıldı, izahatı alındı

img

12-01-2020 [13:28]


İran polisi Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makeri nəzarətə götürüb.

Mia.az BBC-yə istinadən xəbər verir ki, diplomat “radikal və dağıdıcı etirazları formalaşdırmaqda və nümayişçiləri təşviq etməkdə” ittiham edilib. Bildirilir ki, britaniyalı diplomat Tehranda Əmir Kəbir universitetinin qarşısında təşkil olunmuş təyyarə qəzasında ölən Ukrayna vətəndaşlarının anım mərasiminə qatılıb.

Mərasimdə etirazçılar İranın sərnişin təyyarəsini vurduğuna görə ali dini lider Ayətullah Əli Xameneyinin istefasını tələb ediblər. Şüarlar səsləndikdən bir neçə dəqiqə sonra Robert Maker həbs edilib. Lakin o, bir neçə saat sonra sərbəst buraxılıb.

Diplomat izahat verməsi üçün İran Xarici İşlər Nazirliyinə çağırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR