Paytaxtın 3 rayonunda narkotik əməliyyatı: saxlanılanlar var

img

10-01-2020 [11:59]


Bakıda keçmiş məhkumlardan narkotik vasitə götürülüb.

Mia.az DİN-ə istinadla bildirir ki, Qaradağ Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri, 1998-ci il təvəllüdlü R.Rzabəyli və onun həmyaşıdı V.Abbaslıdan 0,099 qram metamfetamin, 0,08 qram tramadol, 2 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Bundan başqa, Xətai RPİ-nin 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 1998-ci il təvəllüdlü F.Haqverdiyevə məxsus “KİA” markalı avtomobilindən 0,985 qram heroin və 0,038 qram metamfetamin aşkar edilərək götürülüb.

Həmçinin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtr sakini, 1986-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş F.Dursunovdan 14,482 qram heroin, Xırdalan rayon sakini, 1998-ci il təvəllüdlü V.Qarayevdən 336,17 qram, 243,361 qram metamfetamin aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR