Onlara yeni vəzifə verildi - Fondda

img

09-01-2020 [16:00]


"Bakı Fond Birjası" QSC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.

BFB-dən Mia.az-a verilən məlumata görə, cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağında müşahidə şurasının və audit komitəsinin tərkibində dəyişikliklər edilərək yeni üzvlər seçilib və birjanın fəaliyyəti bağlı digər məsələlərə müzakirə olunub.

Ümumi yığıncağın qərarına əsasən, BFB-nin Audit komitəsinə yeni üzv kimi Qədirov Namiq Natiq oğlu seçilib. Yığıncaqda həmçinin müşahidə şurasının üzvlüyünə aşağıdakı şəxslər seçilib:

Həsənov Tural Nurəddin oğlu – "Unibank" ASC-nin Risklərin İdarə edilməsi departamentinin direktoru;

Abdullayev Ceyhun Əliağa oğlu – "İnvest-AZ Yatırım Menkul Değerler A.Ş."nin Direktorlar Şurasının üzvü;

Yusubov İlqar Fayuz oğlu – "Azər-Türk Bank" ASC-nin Xəzinədarlıq Departamentinin direktoru.


Digər xəbərlər
SON XƏBƏRLƏR