Daşınmaz əmlakın icbari sığortası: cərimələr necə tətbiq olunacaq? - ARAŞDIRMA
09-01-2020 [11:37]
Azərbaycan Mərkəzi Bankı (AMB) daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhali arasında yaranan təşvişə aydınlıq gətirib.
AMB-dən bildirilib ki, 2019-cu ildə ölkədə baş vermiş irihəcmli yanğın hadisələrindən sonra vətəndaşlara və sahibkarlara dəymiş zərərin sığorta mexanizmi vasitəsilə ödənilməsi, bu sahədə dövlət yükünün azaldılması məqsədilə Qanunun icrasına tam nəzarət və tətbiqi üçün Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən təbliğat və təşviqat işləri aparılır, bununla da 2020-ci ildən başlayaraq bu sahədə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə "Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı" (Tədbirlər Planı) təsdiq edilib.
"Tədbirlər Planında sığortalanma prosesinin sadələşdirilməsi, penetrasiyanın artırılması və sığorta risklərinin düzgün qiymətləndirilməsi məqsədilə aidiyyəti qurumların elektron informasiya sistemlərinin İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemi ilə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada alınmasının təmin edilməsi elektron informasiya sistemlərinin inteqrasiyası ilə həyata keçiriləcək. Həmçinin müvafiq sığorta növü üzrə elektron informasiya sistemlərinin inteqrasiyasının və sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulub", - deyə AMB-dən bildirilib.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası 2011-ci ildən etibarən qanunla nəzərdə tutulsa da, indiyədək bir cərimə belə tətbiq edilməyib. Cərimə mexanizminin bu il yanvarın 1-dən işləməsi ilə bağlı əhali arasında ajiotaj yaranıb ki, sığorta şirkətləri də bundan faydalanmaq istəyirlər. Hazırkı qanuna əsasən, yaşayış evlərinin sığortalanmasına nəzarət edən qurum - yerli icra hakimiyyəti orqanları indiyədək belə bir təcrübələrinin olmadığını, cərimələnmə mexanizmi və hər hansı yenilikdən məlumatsız olduqlarını deyirlər.
Deputat Vahid Əhmədov məsələni "APA-Economics"ə şərh edərək bildirib ki, bu işin indi həyat keçirilməsinə başlanılması güman ki, yanğın və fəlakətlərin çox olması ilə əlaqədardır.
“Dövlət bunların hamısını ödəmək iqtidarında deyil. Ola bilər ki, 1-1,5 il müəyyən çətinlik olsun, ancaq sonra əhali buna alışacaq", - deyə V. Əhmədov qeyd edib.
Sığorta eksperti Xəyal Məmmədxanlı "APA-Economics"ə bildirib ki, əhali arasında ajiotaj İSB-nin daşınmaz əmlakın icbari sığortasının elektronlaşdırılması ilə bağlı açıqlamasından sonra başlayıb. Belə ki, sığorta şirkətləri Büronun bu sığorta növünün elektronlaşması ilə bağlı açıqlamasından istifadə edərək biznes qurmaq, pul qazanmaq istəyir: "İSB ötən il məlumat verdi ki, elektronlaşmaya start verilib, İSB və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi arasında məlumat bazası inteqrasiya olunacaq və inteqrasiya ilin sonuna yekunlaşacaq. Daha sonra cərimələrin tətbiqi asanlaşacaq. Burdan da əhali belə nəticə çıxardı ki, deməli, 2020-ci ildən cərimələnəcəklər. Şirkətlər də bu açıqlamadan istifadə edərək qanundan çıxarışlar edib yaymağa başladı".
Ekspertin sözlərinə görə, cərimənin tətbiqi hazırda mümkün deyil. Qanunun tətbiqi haqqında Azərbaycan Prezidentinin Fərmanı ilə hüquqi şəxslərin qeyri-yaşayış sahələrinə FHN, yaşayış sahələrinə yerli icra hakimiyyəti orqanları nəzarət etməlidir: “Onlar bu qanunun qəbulundan indiyədək cərimə ilə bağlı heç bir addım atmayıb. Bunun səbəblərindən biri də odur ki, hazırda cərimənin yazılmasının hüquqi mexanizmi (protokol, onun tətbiqi qaydası və s.) yoxdur. Ancaq elektronlaşma olduqdan sonra yenə də nəzarət mexanizmi belə qalsa, o zaman qanunda cərimələrin elektron tətbiqi ilə bağlı dəyişiklik etmək olar. Sonra da yerli icra hakimiyyəti orqanlarına İSB-nin elektron sisteminə girişi imkanı verilməlidir. Bundan sonra cərimələr mümkündür. Hazırda onların bu məlumatlara giriş imkanı da yoxdur. Ancaq qapı-qapı yoxlaya bilirlər”.
Ona görə də elektronlaşmanın tətbiqini gözləmək lazım olacaq. Bu isə çox çətin məsələdir. Çünki Bakıda və Abşeronda 500 mindən çox sənədsiz ev var. Ona görə də elektronlaşmanın qısa müddətdə yekunlaşması qeyri-mümkündür. Bütün elektronlaşma bitməyənə kimi isə cərimə mexanizmindən söhbət gedə bilməz”.
Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortasının nəzərdə tutulduğu "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanunu hələ 2011-ci ildə qəbul edilib. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsində icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimələr müəyyən edilib. Daşınmaz əmlakını icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat məbləğində, vəzifəli şəxslər 80 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.
İpoteka şərtləri olan yaşayış evlərinin hər birinin sənədləri olduğu üçün bu evlərin sığortası da icbaridir.
Bakı şəhərində illik 50 manat sığorta haqqına 25 min manatlıq təminat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manata 20 min manatlıq təminat, digər yaşayış məntəqələrində 30 manata 15 min manatlıq sığorta təminatı verilir.
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
DSMF-nin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb
"ENERGAZER" MMC haqqındakı iddialarla bağlı açıqlama yaydı... - 682 minlik tenderlə bağlı məlumatlar təkzib olunur
NATO Baş katibinə Bakıda hansı cavab verilib?- TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa ayı 270 min olan villanı kirayəyə götürüb - FOTOLAR
YAP İdarə Heyətinin iclası keçirilib - Açıqlama
Aprelin 14-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Britaniya kralı III Çarlz vəfat edib?
Məclisə qəzet təsis etmək hüququ verilib
Prezident Xankəndidə: İlham Əliyev Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib (FOTOLAR)
İlham Əliyev Azərbaycan xalqını təbrik edib - MƏTN
Müğənni Ruhi Əliyeva Qənirə Paşayevanın yerinə deputat olacaq? - Maraqlı video yayıldı
İordan çayının qərb sahilində daha 10 fələstinli saxlanılıb
İsrail-Livan sərhəd xəttində toqquşma davam edir - Tərəflər bir-birlərinə raket zərbələri endirir
İsrailin Qəzzadakı savaşının 164-cü günü: ölənlərin sayı artıb
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Əvəz Zeynallı apellyasiya şikayəti verib
NATO-nun Baş katibi Bakıdan belə yola salındı - FOTOLAR
Böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri açıqlanıb - Kimlər qalib oldu? (SİYAHI)
Sabahın hava proqnozu açıqlanıb
Dövlət İmtahan Mərkəzinin adından saxta səhifə və qruplar yaradılıb
Avstriyada “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib - FOTOLAR
HADI və BIDININ nağılı
"Neftçi" "Spartak"la Bakıda yoldaşlıq oyunu keçirəcək
YAP Gənclər təşkilatının keçmiş sədr müavini şikayət verib
Dövlət Xidmətində yeni təyinat olub
Meyxanaçı Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib
Hikmət Hacıyev Çinə gedib - Prezidentin köməkçisi Pekində Pakistan səfiri ilə görüşüb (FOTO)