VİLAYƏT EYVAZOV NUŞİRƏVAN SƏFƏROVUN YERİNƏ RƏİS TƏYİN ETDİ - Rəşid Piriyev kimdir?

img

08-01-2020 [10:10]


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Mia.az xəbər verir ki, bu vəzifəyə polis polkovniki Rəşid Piriyev təyin edilib.

Xatırladaq ki, yeni rəis bu təyinata qədər R.Piriyev Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsini tutub.  O, daha əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub. Yeni rəis, həm də Qarabağ veteranıdır, o, döyüşlərdə iştirak edib. Bir qardaşı isə şəhid olub.

Onu da da qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov ötən gün vəzifəsindən çıxarılıb.

Rəsmi məlumatda sabiq rəisin yaş həddi ilə bağlı təqaüdə göndərildiyi deyilsə də, əslində, N.Səfərovun rəhbərlik etdiyi idarədə aparılan yoxlamanın qurbanı olduğu haqda xəbərlər yayılıb. Bildirilir ki, yoxlama zamanı çox ciddi qanun pozuntuları aşkarlanıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq