Azərbaycan milli komandası ilk oyunda məğlub oldu

img

08-01-2020 [00:29]


Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.

Mia.az xəbər verir ki, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş yerli komandanın qələbəsi ilə başa çatıb - 3:0. Famil Ağayevin baş məşqçi olduğu kollektiv ilk setdə 23:25, ikincidə 18:25, üçüncüdə isə 22:25 hesabı ilə uduzub.

Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanı yenib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək. Yanvarın 8-də isə Bolqarıstan - Niderland qarşılaşması oynanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR