40 İL KÖLGƏDƏ QALMIŞ KƏŞFİYYATÇI: "Qüds"ün yeni komandanı kimdir?
07-01-2020 [17:53]
Əziz RZAZADƏ
Strateq.az
*****
İnqilab Keşikçiləri Korpusu (İİKK) “Qüds” qüvvələrinin yeni komandanı İsmayıl Qaani ilk tvitini atıb: “Bismillahi-r Rəhmani-r Rəhim”.
Yozum müxtəlif ola bilər, eyham kimi qavrama da mümkündür, amma bir sadə məna aydındır: “Artıq vəzifəmin icrasına başlamışam”.
Cons Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin professoru və Obama administrasiyası dövründə Dövlət Departamentinin böyük məsləhətçisi olmuş Vəli Nəsrin fikrincə, “Qasim Süleymaninin ölümü “Qüds” briqadasını büdrədə və davamçısı onun qədər nüfuzlu olmaya bilər”.
Bunu, əlbəttə, gələcək göstərəcək. Amma iddiadan öncə İsmayıl Qaanini yaxından tanımaq gərəkdir.
Kimdir, İİKK-də hansı təcrübəyə və mövqeyə sahibdir?
Ümumən Qaani haqqında məhdud bilgilər var. Farsdilli internet resurslarında yalnız doğum yeri göstərilib – Məşhəd. Nə anadan olma günü, ayı, nə də ili.

Əslində, anlaşılandır, hərbi kəşfiyyat qurumu təmsilçisi barədə bundan artıq məlumat axtarışı faydasız işdir. Amma bəzi mənbələrdə doğum ilinin 1958 olduğu göstərilib.
Qaaninin sinninin çoxluğunu göstərən zahiri görkəmini nəzərə alaraq, bu tarix inandırıcı ola bilər.
Eyni zamanda, bu tarix onun Qasim Süleymani ilə həmyaşıd olduğunu göstərir.
Açıqlanan məlumatlara əsasən, İsmayıl Qaani İraqla müharibə illərində “Nəsr” və “İmam Rza” diviziyalarına rəhbərlik edib.
Qərb mənbələri inqilabın ilk illərində Qaaninin İran Kürdüstanında etirazların yatırılmasına rəhbərlik etdiyini də qeyd edirlər.
Qısası, onun “Sepah”da fəaliyyəti nə az, nə çox, düz 40 illik tarixə malikdir.
Bütün digər bilgilər Qaaninin sərt əsgər, mühafizəkar mövqeli zabit, sistemin (nizamın) sədaqətli səlahiyyətlisi olduğunu göstərir.
Bir neçə misal: 1990-cı illərin sonunda prezident kürsüsünə yiyələnmiş Məhəmməd Xatəmiyə ünvanlanmış etiraz məktubunda İsmayıl Qaaninin də imzası olub. Həmin dövrdə Qaani “masa arxasındakı danışıqların nəticə verməyəcəyini” söyləyərək islahatçı imicli Xatəmini Qərblə nüvə danışıqlarına görə tənqid edib.

Mahmud Əhmədinejadın prezidentliyinin başlanğıcında o, İnqilab Keşikçilərinin Kəşfiyyat Xidmətinin rəhbəri olub. Daha sonra “Sepah”ın kəşfiyyat xidməti rəhbərinin və “Qüds” qüvvələri komandanının müavini kürsülərini tutub.
2009-da, Əhmədinejadın qatıldığı ikinci seçkidə general Hüseyn Əlai “yaşıl hərəkat”ın lideri Mir Möhsün Musəvini (“Ettelaat” qəzetində) dəstəkləyərkən, həmkarını fikrindən döndərmək istəyən hərbçilər arasında Qaani də yer alıb. “Əziz qardaş! Əgər həmkarlarınızın qəlbini ağrıtmaq və düşmənin gülümsəməsini istəmirsinizsə, geri qayıdın, inamsızlıq, təkəbbür, ikiüzlülük və qlobal sionizm mediasındakı yazılarınızın və mövqeyinizin əksini araşdırın. Görmürsünüz ki, iddialarınız və qələminizin ləkəsi onların canına yağ çəkir və dodaqlarına təbəssüm qönçəsi qondurur?…”
Yeri gəlmişkən, həmin dövrdə “yaşıl etirazlar”da İsmayıl Qaaninin oğlunun həbs olunduğu söylənsə də, “Fars” İnformasiya Agentliyi qısa zamanda xəbəri təkzib edib.
İsmayıl Qaani arada-bərədə siyasi məclislərdə görünsə də, çıxışlar etsə də, heç vaxt İran mediasının cazibəsinə düşməyib, həmişə kölgədə qalıb.
Qərb analitikləri “Qüds” qüvvələrinin yeni komandanı haqqında yazırlar: “Qaaninin əsas diqqəti Əfqanıstan, Pakistan və ümumiyyətlə, Orta Asiyaya yönəlib”. Eyni mənbələrdə onun Əhməd Şah Məsudun rəhbərlik etdiyi Şimal Alyansının “Taliban”a qarşı mübarizəsində xüsusi rol oynadığı söylənir.
Keçən il İsmayıl Qaani Əfqanıstan milli təhlükəsizlik müşavirinin dəvəti ilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxanini Kabil səfərində onu müşayiət edib.
Amma “Sepah” komandanının Azərbaycanda da izlərini görmək mümkündür. İranın sabiq prezidenti mərhum Haşimi Rəfsəncaninin xatirələrindəki ən azı bir qeyd bunu təsdiqləyir:

“27 noyabr 1993.
Bu gün yağış yağdı. Səhər saat 9 idi. “Qüds” qüvvələrinin komandanı [cənab Əhməd Vahidi] və yoldaşları gəldi. “Sepah”dan cənab Qaaninin Azərbaycan Respublikasına səfəri barədə məlumat verdi: hərbi hazırlıq, tədarük və təşkil təmin edir. Bakı yaxınlığında qarnizonumuz var”.
Suriyada vətəndaş qarşıdurması başladıqda, yəni təxminən 7 il əvvəl “ISNA” agentliyinin Suriyada İnqilab Keşikçilərinin olması ilə bağlı bir məlumatında İsmayıl Qaaninin adı çəkilib.
“İslam Respublikası Suriyada olmasaydı, xalqın qətliamı geniş miqyas alacaqdı”, – açıqlaması vermiş general İslam Respublikasının Bəşər Əsəd rejiminə niyə kömək etdiyini izah edib: “Suriya – müqavimət coğrafiyasıdır…” Amma dərcindən bir saat sonra açıqlamanın mətni ISNA-nın saytından çıxarılıb.
İsmayıl Qaaninin adı hallanan ən böyük siyasi qalmaqal Bəşər Əsədin Tehrana son qəfil gəlişi ilə bağlıdır.
Yadınızdadırsa, XİN rəhbəri Cavad Zərif bu səfərdən bixəbər qalmışdı. Hərçənd Qasim Süleymani həmin vaxt Zərifin görüşdə yoxluğunu prezidentlə əlaqələndirmiş və Zərifə dəstək verərək yazmışdı: “Zərif – İran İslam Respublikasının xarici siyasətinə cavabdehdir və nizamın yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir”.

Amma İsmayıl Qaaninin açıqlaması fərqli mənzərəni yaratmışdı: “Bəşər Əsəd Tehrana “Qüds” qüvvələri tərəfindən gətirilib və prezident səfərdən xəbərdar idi. Bunu bilməli olanlar bilirdi, bilməli olmayanlar bilməməliydi, çünki həssas məsələ idi”.
Bununla belə, siyasi məsələlərdə bütün fikir ayrılıqlarına baxmayaraq, İsmayıl Qaaniyə göndərdiyi təbrik mesajında XİN rəhbəri nazirliyin onunla və “Sepah”ın “Qüds” qüvvələri ilə işləməyə hazır olduğunu vurğulayıb.
Sərdar Süleymanidən sonra “Sepah” komandanlarının Həsən Ruhani hökuməti ilə eyni dar asma körpüdən üz-üzə gələrək necə keçəcəyini gözləmək və görmək lazımdır. Amma Ayətullah Xamnəinin əmri ilə “Qüds”ə yeni komandan gətirilmiş briqada generalı İsmayıl Qaaninin təyinatı barədə fərmanındakı bir cümlə qulağa sırğa edilməlidir: “”Qüds” qüvvələrinin proqramı şəhid Süleymaninin proqramı ilə eynidir”.

"Ayaks" yapon müdafiəçisi ilə anlaşdı
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib
Partiya sədri: "...niyə onların sürücü və katibəsi olmalıdır?" - "Belə bir sistemə keçsək, məmurların bir çoxu acından oboy yeyər..."
Pakistanda zəlzələ - 5.2 bal gücündə
Meksikada təyyarə qəzaya düşüb - Ölənlər var, itkin düşənlər var