Lerik sakinlərinin bank hesabından pul oğurlayan şəxs tutuldu

img

06-01-2020 [19:43]


Lerik rayon sakinlərinin bank hesabından pul oğurlayan şəxs saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən Lerik rayon sakini G.Qəmbərova ötən ilin iyul ayında şəhər ərazisindəki bankomatların birindən 400 manat pulunun bank hesabından çıxarılaraq oğurlandığını bildirib. 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Y.Həsənov saxlanılıb. 

Ətrafında aparılan tədbirlərlə onun ötən ilin noyabr ayında Lerik rayon sakini C.Nuriyevin 261 manatını bank hesabından çıxararaq oğurlaması da müəyyən edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR