Xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib
05-01-2020 [00:22]
Tanınmış rejissor, xalq artisti Ağakişi Kazımov xəstəxanaya yerləşdirilib.
Bu barədə “Report”a sənətçinin həyat yoldaşı, əməkdar artist Mehriban Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, A.Kazımov insult keçirib və hazırda 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında reanimasiyada müalicə olunur:
“Ötən il noyabrın 28-də ad günündə yıxıldı. Ondan sonra xəbərimiz olmayıb və yüngül insult keçiribmiş. Elə o vaxtdan vəziyyəti pisləşməyə başladı. Hiss olunurdu ki, səhhətində problemlər yaranıb. Nəhayət, dekabrın 13-də vəziyyətinin daha da ağırlaşdığını gördüm və təcili yardım vasitəsilə xəstəxanaya apardıq. Ayın 30-da evə gətirsək də, ev şəraitində müalicəsi alınmadı. Yanvarın 1-də Binəqədi rayonunda yerləşən 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına apardıq. Hazırda reanimasiyadadır. İnsult keçirəndən sonra ağciyərində pnevmaniya da aşkarlanıb deyə vəziyyəti yaxşı deyil. Yanından durub heç yerə gedə bilmirəm, bütün günü xəstəxanadayam. Köməyə ehtiyacımız var”.
Qeyd edək ki, Ağakişi Kazımov 1935-ci il noyabrın 28-də Ağcabədi rayonunda anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. A.Kazımov 1960-cı ildə Mədəniyyət Nazirliyinin əmri ilə Quba Dövlət Dram Teatrına baş rejissor göndərilib. 1964-cü ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlayıb.
1969-1970-ci illərdə o, əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.
Ağakişi Kazımovun quruluşunda "Darıxma, ana!" (N.Dumbadze), "Qəribə oğlan", "Büllur sarayda" (İ.Əfəndiyev), "Mirzə Şəfi" (N.Xəzri), "Sehrli alma" (Y.Lada), "Çahargah fantaziyası" (K.Kərimov), "Od gəlini" (C.Cabbarlı), "Vaqif" (S.Vurğun), "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Rəqabət", "İkinci səs" (B.Vahabzadə) və s. tamaşalar Azərbaycan səhnəsində dəfələrlə uğurla nümayiş etdirilib.
Qazandığı sənət uğurlarına görə A.Kazımov 1987-ci ildə əməkdar incəsənət xadimi, 2000-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR