Teatr rəhbərinin deputatlığa namizədliyi qeydə alındı

img

04-01-2020 [16:30]


ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadənin deputatlığa namizədliyi qeydə alınıb.

15 saylı Yasamal I seçki dairəsindən namizdəliyi öz təşəbbüsü ilə irəli sürmüş Nihad Qulamzadənin namizədliyi Dairə Seçki komissiyası tərəfindən təsdiq edilib.

Nihad Qulamzadə Mia.az-a açıqlamasında qeyd edib ki, artıq DSK tərəfindən deputatlığa namizədliyim qeydə alınıb: "Mənə qeydə alınmış namizəd vəsiqəsi təqdim olundu. Bu ilk mərhələ idi və bu mərhələni uğurla başa vurduq. Düşünürəm ki, bundan sonrakı mərhələdə də uğur qazanacağıq!".

Qeyd edək ki, hazırda 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş ən gənc şəxs Nihad Qulamzadədir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR