İCRA BAŞÇISININ MÜAVİNİ, MİLLİ MƏCLİSİN İŞÇİSİ, NAZİRİN XALASI QIZI... - YAP-ın yeni namizədləri kimlərdir? + FOTOLAR
28-12-2019 [22:09]
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var.
Həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.
Mia.az Bizimyol.info-ya istinadla xəbər verir ki, YAP-ın ilk dəfə deputatlığa namizəd olan üzvlərinin bəziləri barədə məlumatları təqdim edirik:
7 saylı Ordubad-Culfa Seçki Dairəsindən namizəd Cəbi Quliyev Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Gənclər Birliyinin sədri, eyni zamanda, bir ildən artıqdır Naxçıvan Gənclər Fondunun icraçı direktorudur.
8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliyarlı Kubra Məhəmməd qızı YAP-ın Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. 32 yaşlı xanım namizəd Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. O, 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb.

46 saylı Şirvan seçki dairəsindən namizəd Quliyev Azər Əli oğlu 2015-ci ildən Milli Məclisdə çalışır. YAP-ın Gənclər Təşkilatının fəallarından olan A.Quliyev 1986-cı il təvəllüdlüdür.

32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəd Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyəti başçısının müavinidir. Onun bu günlərdə rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanındakı binanın yanında özünə ikimərtəbəli kommersiya binası tikdirməsi ilə bağlı xəbər yayılmışdı.
Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. O, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.

61 saylı Neftçala seçki dairəsindən namizəd YAP Neftçala rayon Təşkilatı Qadınlar Şurasının sədri , Neftçala rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sadıqova Gültəkin Zakir qızıdır.
Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru işləyən Səyalə Şahbazova 66 saylı Biləsuvar seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd göstərilib.
84 saylı Füzuli seçki dairəsindən namizədliyi irəli sürülən Məmmədova Svetlana Gəray qızı Füzuli rayonunun 2 nömrəli orta məktəbin direktorudur.
88 saylı Göyçay seçki dairəsindən Hacıyeva Ləman Amil qızı Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimidir.

Tovuz rayon təhsil şöbəsinin baş məsləhətçisi Hüseynova Məhəbbət Müsəllim qızının namizədliyi 105 sayı Tovuz seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.
114 saylı Şəki kənd birinci seçki dairəsindən namizəd İsmayılova Südabər Şöyüb qızı Şəki Rayon Təhsil Şöbəsinin müdiridir.
MİA.AZ
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb