Baş Prokurorluq hüquq müdafiəçsinin maşınla vurulması haqda açıqlama yaydı
28-12-2019 [13:43]
29 oktyabr 2019-cu il tarixdə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Mia.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla oktyabrın 29-da çağrı nömrəsi “9933” olan “A taksi” şirkətində taksi sürücüsü kimi işləyən Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə saat 17:22-də Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində sola dönərkən Puşkin küçəsindəki piyada keçidi ilə yolu keçən O.Gülalıyevi ehtiyatsızlıqdan vuraraq onun ağır dərəcəli bədən xəsarəti almasına səbəb olması müəyyən edildiyindən K.Abdullayev Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.
“Təhlükəsiz Şəhər” Xidmətinin müşahidə kameraları tərəfindən qeydə alınmış görüntülər Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən hadisədən dərhal sonra kütləvi informasiya vasitələrinə təqdim edilməsinə, hadisə barədə oktyabrın 30-da Bakı şəhər Baş Polis İdarəsi tərəfindən, daha sonra hadisənin təfərrüatları və istintaqın gəldiyi ilkin nəticələrə əsasən hadisənin qəsdən törədilməməsi barədə oktyabrın 31-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri tərəfindən ictimaiyyətə ətraflı məlumatlar verilməsinə baxmayaraq, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən qərəzli olaraq hadisənin guya qəsdən törədilməsi ilə bağlı cəmiyyətdə yanlış fikirin formalaşdırılmasına xidmət edən əsassız məlumatlar yayılmışdır.
Həmin məlumatlar aparılmış istintaqla sübuta yetirilmədiyindən qəti şəkildə təkzib olunur.
Belə ki, istintaq zamanı müəyyən edilmişdir ki, O.Gülalıyev hadisə yerindən tamamilə kənarda Xətai rayonu ərazisində yaşayır və həmin gün hadisə yerinə şəxsiyyəti istintaqa məlum olan tanışı ilə görüşmək məqsədilə ilə gəlmiş, həmin marşrutdan gündəlik və ya daimi olaraq istifadə etməmişdir. Həmçinin müəyyən edilmişdir ki, sürücü K.Abdullayev sentyabr ayından etibarən Nizami küçəsində fəaliyyət göstərən hazırlıq kursundan qonşusunun övladını saat 17:30-da götürmək üçün həmin istiqamətdə hər gün hərəkət etmişdir.
Bundan başqa, hadisədən əvvəl təxminən 2 saat ərzində sürücü K.Abdullayevin və O.Gülalıyevin hərəkət trayektoriyaları, hadisədən sonra sürücü K.Abdullayevin O.Gülalıyevi 1 saylı Kliniki Tibbi Mərkəzə apardığı marşrut “Təhlükəsiz Şəhər” Xidmətinin kameraları, eləcə də istifadə etdikləri telefon nömrələrinin anten dairələri vasitəsilə tam müəyyən edilmişdir. Məlumatlardan görünür ki, onlar hadisədən əvvəl müxtəlif istiqamətlərdə hərəkətdə olmuş, hərəkət istiqamətləri hadisədən əvvəl heç bir halda kəsişməmiş, sürücü tərəfindən O.Gülalıyevin güdülməsi, izlənilməsi halları müəyyən edilməmişdir.
Bakı Nəqliyyat Agentliyindən verilmiş məlumata əsasən həmin vaxt yaranan tıxaclar nəzərə alınmaqla sürücü K.Abdullayev zərərçəkmiş şəxsi ən optimal marşrut üzrə saat 18:16-da 1 saylı Klinik Tibbi Mərkəzə çatdırmışdır.
İstintaq zamanı sürücü K.Abdullayevin şəxsiyyəti, əlaqələri, ailə vəziyyəti və barəsində digər zəruri məlumatlar əməliyyat yolu ilə toplanılmışdır. Müəyyən edilmişdir ki, o, 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, 2009-cu ildə işləmək məqsədilə Bakı şəhərinə gəlmiş, 2019-cu ilin iyun ayından etibarən Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Ailəlidir, bir övladı vardır. Əvvəllər məhkum olunmamışdır.
Aidiyyəti dövlət qurumları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində K.Abdullayevin həyat tərzi ilə bağlı hər hansı şübhəli məqamların, zərərçəkmiş şəxs O.Gülalıyevlə əvvəllər tanışlığının, ədavətinin olmaması müəyyən edilmiş, eləcə də sonuncunun hadisədən əvvəl izlənilməsi, təqib edilməsi və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar, xüsusilə O.Gülalıyevin olduğu yerin hər hansı kənar şəxs vasitəsilə telefon və ya internet vasitəsilə sürücü K.Abdullayevə bildirilməsi fərziyyəsi istintaqla təsdiq olunmayıb.
Bu və digər hallar üzrə, o cümlədən zərərçəkmiş şəxsə göstərilmiş tibbi yardımın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması hissəsində istintaq tədbirləri davam etdirilir.
Cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirkar şəxsin məhkəmə məsuliyyətinə verilməsi təmin ediləcəkdir.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO