Xalq artisti Mənsum İbrahimovun Ağdamdan namizədliyi irəli sürülüb - YAP-ın qərarı ilə

img

27-12-2019 [15:44]


Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyanın namizədlərini açıqlayıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, partiyanın İdarə Heyətinin qərarına əsasən, xanəndə, Xalq artisti Mənsum İbrahimovun YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədliyi irəli sürülüb.

Qeyd edək ki, buna qədər həmin dairədən jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi. Növbədənkənar parlament seçkiləri gələn ilin fevralın 9-da keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA