Daha bir YPX əməkdaşının rüşvətalma görüntüləri yayılıb - Açıqlama + VİDEO 

img

27-12-2019 [15:08]


Sosial şəbəkələrdə daha bir Yol Patrul Xidməti (YPX) əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntüləri yayılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin videogörüntülərə baxış keçirilir və araşdırma aparılır.

"Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək", - idarədən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə YPX əməkdaşının yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb. Videogörüntünün Masallıda yerləşən yeni DYP postunda çəkildiyi, rüşvət alan polisin isə Vüqar Mehtiyev olduğu qeyd edilib.

Xatırladaq ki, ötən gün də sosial şəbəkələrdə YPX əməkdaşının vətəndaşdan rüşvət aldığı iddia edilən videogörüntülər yayılıb. Görüntülərdə 99-YP-866 nömrəli YPX avtmobili ilə xidmət aparan polis əməkdaşının Bakı-Ələt-Qazax yolunda "Toyota" markalı avtbobilin sürücüsünü saxladığı, söhbət zamanı sürücünün cibindən nəsə çıxararaq polis əməkdaşının cibinə qoyduğu müşahidə edilir. Bundan sonra sürücü YPX əməkdaşı ilə əl görüşərək uzaqlaşır.

Həmin videogörüntü ilə bağlı da BDYPİ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR