Bakıda 17 yaşlı gənc bıçaqlanıb

img

26-12-2019 [23:22]


Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə "Azadlıq" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 17 yaşlı gənc (şəxsiyyəti dəqiqləşdirilir-red) naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR