Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısını və klipini təqdim edib - VIDEO

img

26-12-2019 [18:59]


Tanınmış müğənni Elnarə Xəlilova “Qarabağ atları” adlı yeni mahnısını və klipini təqdim edib.

 

Mia.az xəbər verir ki, “Naxçıvan yallısı”nın musiqisi üzərinə yazılan mahnının sözləri Ramin Xəlilov, aranjemanı Samir Şirinova məxsusdur.

Klipdə Dövlət Sərhəd Xidmətinin (DSX) süvarilər dəstəsi və Əməkdar artist Nailə Məmmədzadənin rəhbərlik etdiyi DSX-nin Rəqs Ansamblı iştirak edib. Klip Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə “Sərhədçi” studiyası tərəfindən ekranlaşdırlıb.

“Qarabağ atları” klipində dünyada tanınan və tarixi, məşhur Qarabağ atlarının uğuru, cəsurluğu, gücü, şücaətindən bəhs edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR