TİBBİ SIĞORTA: kimlərin maaşından nə qədər tutulacaq? - DETALLAR

img

26-12-2019 [16:39]


Azərbaycanda icbari tibbi sığorta haqları vergi ödənişləri kimi hər ay əməkhaqqından tutulacaq.

Mia.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, icbari sığorta sisteminin hansı bölgə üzrə tətbiqinə başlanılmasından asılı olmayaraq, bütün ölkə üzrə əhalidən sığorta yığımları gələn il aprelin 1-dən tətbiq ediləcək.

Z.Əliyev əlavə edib ki, gələn ildən dövlət neft sektorunda işləyən şəxslərin əməkhaqqından 2 faiz və işəgötürüən əməkhaqı fondundan 2 faiz məbləğində icbari tibbi sığorta haqqı tutulacaq: “Özəl sektorda işləyən şəxslərə isə 2020-ci ildə güzəştin edilməsi barədə qərar qəbul edildi. Bu məsələ əvvəlki qanunda nəzərdə tutulmurdu. Yeni qanunda isə güzəştli şəkildə 1 faiz məbləğində işçinin əməkhaqqından, 1 faiz məbləğində isə işəgötürənin əməkhaqqı fondundan tutulma olacaq. Digər yenilik odur ki, əgər bir vətəndaşın əməkhaqqı 8 min manata qədərdirsə, qeyd edilən həmin faizlər tətbiq olunacaq. 8000 manatdan yuxarı olan hissəyə isə 0,5 faiz tətbiq olunacaq”.

Agentlik sədri qeyd edib ki, gələn ilin birinci rübündə icbari tibbi sığorta sisteminin tətbiqinə üzrə sərf ediləcək maliyyə yükünü dövlət öz üzərinə götürüb:

“İcbari tibbi sığorta haqqında” qanunun əvvəlki varaintında dövlət büdcəsindən icbari tibbi sığorta xidmətlərinin göstərilməsi üçün adambaşına 20 manatın ayrılması nəzərdə tutulurdu. Qanunun yeni qəbul edilmiş son variantında isə bu vəsaitin məbləği 90 manat olub. Bu məqsədlə də növbəti ilin dövlət büdcəsindən ölkənin 10 milyon əhalisi üçün 900 milyon manat məbləğində vəsait ayrılacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR