Ağsuda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb

img

26-12-2019 [15:25]


Ağsu rayonunda həmkəndlisini odlu silahla hədələyən şəxs saxlanılıb.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a verilən məlumata görə, ötən gün Ağsu rayon Nuran kənd sakini Mahir Nəcəfov DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və Ağsu Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək həmkəndlisi Zaur Heydərov tərəfindən odlu silahla ölümlə hədələndiyini bildirib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Heydərov saxlanılıb və ona məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman müvafiq sənədləri olmayan ov silahı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR