"AccessBank"ın fırıldaqçılığı: vətəndaşlar xəbərləri olmadan 70 min dollarlıq kreditə zamin göstəriliblər
26-12-2019 [13:33]
"AccessBank"ın əməkdaşları tərəfindən bir neçə vətəndaşın adları onların xəbərləri olmadan 70 min dollarlıq kreditə zamin yazılıb.
Bankın fırıldaqçılığının qurbanlarından biri, jurnalist Valeh Dadaşov bildirir ki, bir neçə ay öncə məhkəmədən 70 min dollarlıq bank kreditinə "zamin dayandığı" və krediti götürən şəxsin ödəniş etməməsi səbəbilə yerdə qalan məbləğin ondan tutulacağı barədə məhkəmə qərarı alıb.
Valeh Dadaşov deyir ki, heç vaxt kiməsə zamin durmadığı halda, bu kreditin kimin olması barədə araşdırma aparan zaman ortaya bank əməkdaşlarının və vəzifəli şəxslərin cinayət məsuliyyətinə səbəb olacaq əməlləri çıxıb. Məlum olub ki, bankın vəzifəli şəxsləri sənədləri saxtalaşdıraraq, özləri üçün külli miqdarda kredit götürüblər və hazırda ödəməkdən yayınırlar. Bank isə öz əməkdaşlarının bu qanunazidd əməlləri barədə hüquq-mühafizə orqanlarına məlumat vermək əvəzinə, həmin şəxsləri işdən azad etməklə kifayətlənib. Bank sadəcə onları məhkəməyə verərək, ödənməyən kreditləri "zamin" kimi sənədləşdirdikləri şəxslərdən tutulması barədə qətnamə əldə etməyə nail olub.
Jurnalistin sözlərinə görə, araşdırma zamanı ortaya aşağıdakı məsələlər çıxıb:
"2014-cü ildə "AccessBank"ın Lənkəran şəhər filialına, həmkəndlimin tanışı, bankda kredit mütəxəssisi vəzifəsində çalışan Rauf adlı şəxsə istehlak krediti almaq üçün müraciət etdim. Bildirdilər ki, iş yerimdən arayış lazımdır. Arayışı aldıqdan sonra dedilər ki, Lənkərana gəlməyə ehtiyac yoxdur, sənədi bankın Nərimanov rayonunda yerləşən filialına təqdim etmək kifayətdir. Sənədi bankın xanım əməkdaşına təqdim etdim. Bir neçə gün sonra bankdan mənimlə əlaqə saxlayaraq bildirdilər ki, maaşım yetərli olmadığı üçün kredit verilməyəcək".
V.Dadaşovun dediyinə görə, beş ildən sonra - 2019-cu ildə ona məhkəmə qərarı gəlib ki, 70 min dollar kredit müqaviləsi üzrə ödənişlər onun maaşından tutulacaq. "Məlum oldu ki, 2015-ci ilin əvvəlində - Azərbaycanda devalvasiya baş verməmişdən bir neçə gün əvvəl "Access Bank"ın bir qrup vəzifəli şəxsi bankdan külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə Rauf Rafael oğlu İbadovun adına qeyri-qanuni yollarla 70 min ABŞ dolları kredit rəsmiləşdirib. Kredit rəsmiləşdirilməsi aparılan zaman məni, 2014-cü ildə bankdan kredit almaq üçün təqdim etdiyim iş yerimdən arayış əsasında, iştirakım, razılığım və imzam olmadan zamin kimi göstəriblər.
"AccessBank"a müraciət etdiyim vaxt bankın kredit mütəxəssisi ilə həmin bankdan 70 000 ABŞ dolları götürən şəxsin adlarının eyni olması məndə müəyyən şübhələr yaratdı. Bir neçə ay apardığım araşdırmadan sonra məlum oldu ki, kredit mütəxəssisi Rauf Rafael oğlu İbadov bankın bir neçə vəzifəli şəxsi ilə əlbir olaraq külli miqdarda pul vəsaitini mənimsəyib.
Bu hadisədən sonra adı külli miqdarda pul vəsaitini mənimsəməkdə çəkilən bankın əməkdaşları və kredit mütəxəssisi işdən azad edilib. "AccessBank" keçmiş əməkdaşlarını vəzifələrindən sui-istifadə etmək yolu ilə külli miqdarda vəsaiti mənimsəklə yox, sadəcə bankın müştərisi kimi götürdükləri krediti vaxtında ödəmədikləri üçün məhkəməyə verib.
Məhkəmə isə kreditin həmin şəxs tərəfindən deyil, məhz mənim - "xəbərsiz zamin" tərəfindən ödənilməsi barədə qərar çıxarıb və əməkhaqqımın 50 faizinin tutulması barədə xəbərdarlıq edilib".
V.Dadaşov bildirir ki, məsələ ilə bağlı araşdırma aparılması, günahkar şəxslərin məsuliyyətə cəlb edilərək cəzalandırılması və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər aidiyyatı qurumlara müraciət edəcək.
"AccessBank"da baş verən bu qanunsuzluğun başqa qurbanları da var. Onlardan biri də Lənkəran rayon Sütəmurdov kənd sakini, R.Dadaşov adına Sütəmurdov kənd orta məktəbinin müəllimi Məlahət Əliyevadır. O, "AccessBank"ın əməkdaş Rauf İbadovun anası ilə birlikdə məktəbdə müəllim işləyib.
M.Əliyeva "Report"a bildirib ki, bir neçə il əvvəl Raufun anası xahiş edib ki, bankda işləyən oğlunun 3000 manat kreditinə zamin durmaq lazımdır: "Mən də onun xahişini yerinə yetirib, bankda 3000 manat kredit sənədində zamin olmaq üçün imza atdım. Raufun anası mənə dedi ki, kreditin müddəti 1 illkidir, ancaq oğlu həmin bankda işləyir və uzağı üç aya kredit tam ödəniləcək. Üç aydan sonra bildirdi ki, kredit artıq ödənilib".
M.Əliyeva əlavə edib ki, bundan bir müddət sonra həyat yoldaşı onkoloji xəstəliyə tutlduğu üçün maaş aldığı "Beynəlxalq Bank"a müraciət edərək kredit istəyib. Bu zaman ona bildiriblər ki, böyük məbləğdə kreditdə zamin olduğu üçün ona kredit ayrıla bilməz: "Həmin vaxt öyrəndim ki, məni təkcə 3000 manat kreditə yox, 70 min dollarlıq başqa bir kredit müqaviləsində də zamin kimi yazıblar. Bu barədə Raufun anasına və banka müraciət etsəm də, heç bir tədbir görülmədi. Bir müddət əvvəl isə icra şöbəsindən bildiriş daxil oldu ki, məhkəmə qərarına əsasən, həmin kredit görə mənim maaşımdan tutulacaq".
Qeyd edək ki, bankın "qurbanları" dəfələrlə "AccessBank"a müraciət etmələrinə baxmayaraq, məsələ həllini tapmayıb/Report.
Direktorun cinayət işi məhkəməyə göndərildi
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilir - Rəsmi açıqlama yayıldı
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI
Hüquq müdafiəçisindən Qubad İbadoğlu haqda qərara şərh: "Bu variant daha çox tətbiq olunmalıdır..."
İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var
Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi
Aralıq dənizində zəlzələ olub
Daha köklü bir klub "Həvəskarlar liqasına "yuvarlandı"
Baydenin "əmimi adamyeyənər yeyib" iddiası Baş naziri qəzəbləndirdi: "Xalqımız bunu haqq etmir..."
Türkiyə kuboku: "Beşiktaş" bu heyıtlə meydana çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" çempionluq yarışında ağır "yara aldı"
"Qarabağı tərk etmiş ermənilərin geri qayıtması real deyil" - "Daha o torpağa görə müharibə niyyətində deyilik"
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev və Putin veteranlarla görüşüblər - VİDEO
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Komitə sədri Baş redaktoru təbrik edib
Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var
ƏLİYEVLƏ PUTİN BİR ARADA: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" - Açıqlamalar (FOTOLAR) - YENİLƏNİB
Aran bölgəsində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib - FOTOLAR
Xankəndidən yenə silah-sursat tapılıb
Putin Paşinyanla görüşəcək - Peskovdan açıqlamalar
MEDİA: "Dezinformasiya xarakterli məlumatlar yaymayın!"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əməkdar artist reanimasiyaya yerləşdirilib - Açıqlama
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO
Qərbi Kaspi Universitetinin məsul şəxsinə niyə cinayət işi açılıb?
“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - VİDEO, FOTO
Ağdərədə odlu silahlar aşkarlanıb