ELDAR ƏZİZOV ŞOUMENİN ŞİRKƏTİ İLƏ 176 MİNLİK MÜQAVİLƏ BAĞLADI

img

25-12-2019 [14:34]


“M Group Production” MMC Bakının park və meydanlarında, uşaq bağçaları-körpələr evində Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbirləri keçirəcək.

Şoumen Murad Dadaşova məxsus bu şirkət Yeni il bayramı üçün Bakının uşaq bağçaları və körpələr evini bəzəyəcək.

Bakı şəhəri İcra Hakimiyyəti “Yaşıl teatr” Bakı konsert kompleksinin timsalında onun şirkəti ilə 175 min 973 manat məbləğində (105,5 min dollar) müqavilə imzalayıb. 

Müqavilə "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni 2020-ci il münasibəti ilə Bakı şəhərinin park və meydanlarında, körpələr evi-uşaq bağçalarında tədbirlərin keçirilməsi, körpələr evi-uşaq bağçalarının bayrama uyğun bəzədilməsi işlərinin satınalınması"nın nəzərdə tutur./Marja

Digər xəbərlər
SON XƏBƏRLƏR