Riçard Almeyda “Qarabağ”dan ayrılır

img

24-12-2019 [11:23]


Azərbaycan millisinin futbolçusu Riçard Almeyda “Qarabağ”dan ayrılır.

30 yaşlı yarımmüdafiəçi bu barədə sports.kz saytına bildirib. Ağdam təmsilçisində icarə əsasında çıxış edən Braziliya əsilli oyunçu Qazaxıstan “Astana”sı ilə 30 iyun 2020-ci ilə qədər olan müqaviləsinin qarşılıqlı razılaşma əsasında bir neçə ay öncə ləğv edildiyini söyləyib. O, “Qarabağ”dan ayrılırsınız?” sualına belə cavab verib: “Elədir ki var”.

Almeyda agentinin bir neçə klubla danışıq apardığını, lakin hələ qərar vermədiyini deyib: “Hazırda istirahətdəyəm. Mənimlə maraqlananlar arasında Qazaxıstan klubu yoxdur”.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. Bu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR