Leyla Əliyeva, Fərəh Əliyeva, Sahil Babayev... - Rəsmilər ƏSA Teatrının premyerasında + FOTOLAR
23-12-2019 [21:29]
Dekabrın 23-də inklüziv ƏSA Teatrı 2019-cu ilin son premyerasını nümayiş etdirib.
Mia.az xəbər verir ki, dünya klassikasından J.B.Molyerin “Xəsis” əsərinin motivləri əsasında hazırlanan “And” tamaşası Azərbaycan Dövlət Akademik Dram Teatrında anşlaqla nümayiş olunub.
Nihad Qulamzadənin quruluş verdiyi “And” dramatik-komediyası bu günədək ənənəvi dünya teatrlarının repertuarındakı J. B. Molyerin “Xəsis”indən olduqca fərqlənir. ƏSA Teatrı “Xəsis” əsərinə tamamilə fərqli rakursdan baxmaqla, Qarpaqonun xəsisliyinin mahiyyətini göstərməyi bacarıb. Əsərin bütün personajlarının həyat tərzi, obrazların birinin digərinə münasibəti və hamının baş qəhrəman Qarpaqona qarşı münasibəti tamaşanın təqdimatı zamanı tamaşaçılarda “niyə” sualına cavab tapmaq üçün əsas verib.
“And” tamaşasının premyerasını izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Prezident Adminstrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva, Əmək və Əhalinin Sosial Müafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə komitənin sədri Rövşən Rzayev, Diasporla iş üzrə komitənin sədri Fuad Muradov, sabiq millət vəkilləri və digər rəsmi şəxslərlə yanaşı, mədəniyyət və incəsənət xadimləri olub.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə hazırlanan “AND” tamaşasının növbəti premyerası 15 yanvar 2020-ci ildə Akademik Rus Dram Teatrının səhnəsində baş tutacaq.
Tamaşada rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Quliyev, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Rəsul Zəkiyev, Günay Məmmədova, Orxan Əliyev, Fərid Əliyev və Bəhram Rəhimli ifa edirlər.
Tamaşanın baş prodüseri Nicat Qulam, müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, rejissor asistenti Səmayə Ağayarova, redaktoru Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, səhnə və geyim tərtibatı Viktoriya Lerman, multimedia Famil Mahmudbəylidir.
MİA.AZ
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)