Əli Əsədov daha bir vəzifəyə seçildi

img

16-12-2019 [22:07]


Nazirlər Kabinetində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, iclasda ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Baş Nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. 

Eyni zamanda ARDNF-nin 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR